Vikipediada yazı silənlər dəstəsi nəzarətə götürülsün FOTO

15-09-2024, 09:18           
Vikipediada yazı silənlər dəstəsi nəzarətə götürülsün FOTO
Vikipedianın Azərbaycan seqmentinə "məsul" olan bəzilərinin Vətən adına pis əməllər törətdiklərinin, milli düşüncəmizə qarşı təxminən soyqırım xarakterli yanaşma sərgilədiklərinin dəfələrlə şahidi olmuşam və etiraz olaraqdəfələrlə həyacan təbili çalanlardan biri də mənəm.
Bu dəstənin bir neçə üzvü ilə vurtual sektorda danışıb çox ziyanlı hərəkətlər etdiklərini dəfələrlə xatırlatmışam. Bu mövzuda mötəbər tədbirlərdə, media orqanlarında, sosial şəbəkələrdə çıxışlar etmişəm.
Demişəm və deyirəm ki, bu dəstənin milliliyimizi hədəf alan üzvləri məhz Vətən əleyhinə işlər görürlər. Məqsəd tariximizə, dəyərlərimizə, şəxsiyyətlərimizə, bütövlükdə varlığımıza "vikipedik deyil" bəhanəsi ilə zərbə endirmək, kimliyimizi zədələməkdir. İnanmaq istərdim, onlar belə ağır yanlışlığı nəticəsini duymadan həyata keçirirlər.
Bu da növbəti acı və ağrıdıcı fakt. Həmin dəstə üzvləri minlərlə şəhidlərimiz barədə məqalələri "vikipedik deyil" iddiası ilə vikipediadan siliblər. Adları silinənlər arasında milli qəhrəmanlarımız da var. Hadisədən ilk dəfə dəyərli həmkarım Fərid Pərdəşünasın paylaşımı vasitəsi ilə xəbər tutmuşam. İlk reaksiyam belə olmuşdu: axı bu adamlar kimdir ki, belə rəzalətə çəkinmədən müəlliflik edirlər.
Əziz həmkarım Rey Kərimoğlunun paylaşımı sualıma dəqiq cavab oldu. Şəhidlərimizin ruhuna həqarət edən bu dəstənin təmsilçilərinin hardan sifariş aldığı aydınlaşdı.
Bizimki olmayanların bizim vikipedianı idarə etməsinə imkan vermək olmaz.
Yerləşdirilən məqalələri vikipediadan silmək səlahiyyətinə malik olan hər kəs nəzarətə götürülsə, onların fəaliyyətini hüquq-mühafizə orqanları izləsə, şəhidlər barədə yazıların silinməsi halı baş verə bilməz.
Bir sual da aktuallığını qoruyur: Əgər həmin dəstə üzvləri özlərini haqlı bilirlərsə niyə “Solavirum”, “Grenzsoldat”, “Nemoralis, “Dr.Wiki54” nikləri altında gizlənirlər? Əgər filan məzmunlu məqalələri silmək tam doğru qərardırsa, bu işi görənlər özlərini kimdən, nədən gizlədirlər? Ayxan Zayıdzadə, Cəlal Cavadov, Nəriman Məmmədli, Cavid Rəsulzadə, niyə belə edirsiz?
Jurnalist Ekspert Mərkəzi
TEREF













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.