Mitinqdən sonra polis zorakılığı ilə jurnalistlər və fəallar saxlanılıb FOTO/ VİDEO
17-09-2016, 21:54
Milli Şuranın bu gün “Məhsul” stadionunda keçirdiyi “Monarxiyaya son”, “Talana son” şüarlı aksiyasından sonra peşə borcunu yerinə yetirən jurnalist Təzəxan Mirələmli çevik polis alayı tərəfindən saxlanılıb. Onu 28-ci polis bölməsinə aparıblar. Onu da qeyd edək ki, aksiyadan sonra bir sıra başqa jurnalistlər və aksiya fəalları da saxlanılıb.
Sentyabrın 17-də saat 17:00 radələrində Milli Şuranın “Məhsul” meydanında keçirdiyi mitinq başa çatandan sonra polislə mitinq iştirakçıları arasında qarşıdurma yaranıb.
Nəticədə 30-a qədər şəxs saxlanılıb. Saxlanılanlar arasında Azadlıq Radiosunun əməkdaşları, “Turan” agentliyinin əməkdaşı Fərid Arifoğlu da var.
Mitinqdən sonra jurnalistlər İslam Şıxəli, Orxan Rüstəmzadə və Fərid Arifoğlu, fəallar Nuru Nuruzadə, AXCP Xətai rayonunun üzvü Rəşid İsmayılov, İlkin İsmayıl, Ruslan Qara, Aqil Məhərrəm, Orxan Carçı və Ayxan Hacıbəyli saxlanılıb. teref.az-nun əməkdaşı jurnalis Tumar Həsənov tutulanların arasında olub. Xüsusi qeyd etmək istəyirik ki, Tumar Həsənova qarşı neçənci dəfədir ki, belə polis zorakılığı tətbiq edirlər...Onun peşə fəaliyyəti ilə bağlı naməlum şəxslər tərəfindən döyülüb təhir edilməsi və ölümlə təhdid edilməsi faktları hüquq mühafizə orqanlarının nəzərinə çatdırılmasına baxmayaraq ona qarşı təqiblər dahada sərtləşdirilib.
Polis jurnalistlərin çəkiliş aparmasına mane olub.