Düşmən "İsa bulağl"-nda belə bayram keçirtdi FOTO/VİDEO
19-09-2016, 00:04
Xankəndi yenə də rəsmi Azərbaycanın bəyanatlarını qulaqardına vurdu
Bu günlərdə mediada ermənilərin 15-17 sentyabr tarixlərində işğal altındakı Dağlıq Qarabağın “mədəni paytaxtı” elan edilmiş Şuşada “ArtsaxEtnoFest” adlı “beynəlxalq” festivalın keçiriləcəyi barədə xəbər yayılmışdı.
Xəbərdə “festival” çərçivəsində məşhur İsa bulağı yaxınlığndakı “İsaaki Axpyur”(“İsaak bulağı”) adlı restoran-kompleksində müxtəlif ölkələrin kulinarlarının iştirakıyla həmin xalqların mətbəxlərinə aid xörək və şirniyyatların nümayiş etdiriləcəyini də qeyd etmişdik. Bundan sonra Azərbaycan XİN-in rəsmisi Hikmət Hacıyev, Dağlıq Qarabağın Azərbaycan icmasının rəhbəri Bayram Səfərov, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, ölkəmizin baş kulinarı Tahir Əmiraslanov məsələyə kəskin münasibət bildirmişdilər. Bütün bunlara rəğmən, son 20-25 ildə həmişə olduğu kimi, ermənilər yenə də öz bildiklərini etdilər. Yəni biz nə qədər qeyri-qanuni adlandırsaq da, işğal altındakı torpaqlarımızda növbəti “beynəlxalq tədbir” xarici qonaqların da iştrakıyla dar çərçivədə olsa da, faktiki olaraq baş tutdu. Rusiya, Fransa və onların marioneti olan Ermənistanın dəstəyi ilə ayaqda duran Xankəndindəki işğalçı, separatçı rejimin başçısı Bako Saakyan, qondarma qurumun “baş naziri” adlanan Ara Arutyunyan, “parlament” “sədri” Aşot Qulyan, “Artsaxın dini rəhbəri” Parqev Martirosyan da “festival”a qatıldılar. Və belə adlı tədbirin Şuşada hər il keçiriləcəyini bəyan etdilər...
Moderator.az “DQR” saytlarından İsa bulağındakı erməni tədbirinə aid əldə etdiyi yaralarımızı göynədən fotoları və video-görüntünü təqdim edir. Nə qədər ağır olsa da, baxın...
teref.az olaraq qeyd etmək istəyirik ki, mahnıların bizim mahnılar olduğu diqqətimizdən qaçmadı.
[media=https://www.youtube.com/watch?v=xBusmADVpxA]