MTN şefinin övladları niyə gündəmdədir? - İlginc iddialar
19-09-2016, 10:24
MTN şefinin övladları niyə gündəmdədir?Milli təhlükəsizlik naziri olmuş Eldar Mahmudov iki olayla gündəmə gəlib
Hər iki hadisədə eks-nazirin övladlarının adı hallanıb.
Bir neçə həftə öncə Anar Mahmudov yol polisinin keçirdiyi reyd zamanı saxlanmışdı. Onun polislə mübahisə etdiyi də bildirilirdi. Sabiq nazirin oğlu Nardaranda saxlanıb və onu tanımayan yol polislərinə irad tutub. A.Mahmudov kənddə yerləşən villasına gedirmiş.
İndisə keçmiş nazirin qızının qəza törətməsi haqda xəbər aktuallaşıb. Məlum olub ki, xalq artisti Nazpəri Dostəliyevanın bacısı, müğənni Zeynəb Dostəliyevanın "Hyundai" markalı avtomobilini sərxoş vəziyyətdə vuran xanım sürücü Mahmudovun qızı olub. Onun idarə etdiyi 10 SN 009 dövlət nömrə nişanlı "Ferrari" ilə müğəninin avtomobili toqquşub.
Qəzadan dərhal sonra xanım sürücü avtomobilin nömrələrini sökərək hadisə yerindən qaçmışdı. MTN şefinin qızı məsələni rahatlıqla gizlədə bilib.
Qəribədir ki bir ayda iki xəbər Mahmudovun ailəsi barədə olub. Görünən odur ki, keçmiş nazirin övladları barədə məqsədli şəkildə informasiya sızdırılır.
Harınlamış eks-nazirin övladları haqda daha sensasion faktlar açıqlanacağı gözlənilir.
Onların avto həyatı haqda tirajlanan son xəbərlər də həmin qalmaqallı materiallardan öncə anonsdur. İddialara görə, E.Mahmudova ismarıc göndərən qüvvələr daha dəhşətli faktların üstünü açacağına eyham vurur.
Eks-naziri təzyiq altında saxlayanlar MTN şefi ilə daha böyük haqq-hesab çəkməyə hazırlaşır. Ev dustağı olduğu bildirilən E.Mahmudov vəzifəsini itirdikdən sonra susmağa üstünlük verib. İndiyə qədər danışmayan keçmiş nazir həbs təhlükəsi ilə üz-üzədir.
Politika.Az xəbər verir ki, Eldar Mahmudovun qızı Xuraman Mahmudovadır.
X.Mahmudova milli təhlükəsizlik nazirinin üç övladından biridir. Xuraman xanım 1988-ci ildə Bakı şəhərində doğulub. O, universitetdə təhsil almaq üçün İsveçrəyə gedib, orada maliyyə ixtisası üzrə bakalavr və magistr dərəcəsi alıb.
X.Mahmudova maliyyə mütəxəssisi kimi ilk addımlarını atmaqla yanaşı, bir məşğuliyyət kimi əsərlər yazmağa başlayaraq 2010-cu ildə “Sehrli Səyahət” adlı ilk yazdığı hekayəni tamamlayıb.
Sonrakı beş il ərzində, o, uşaqlar üçün yaxın gələcəkdə nəşr edilməli olan bir çox digər hekayələr üzərində işləyib və onları nəşrə hazırlayıb. Ancaq “Ferrari” ilə qəza törədən şəxsin Xuraman yoxda başqa övladı olduğu bilinmir.