Azərbaycanda minimum əməkhaqqı nə qədər artırıla bilər? - VİDEO

Bu gün, 10:05           
Azərbaycanda minimum əməkhaqqı nə qədər artırıla bilər? - VİDEO
Gələn ildən ölkədə minum əmək haqqı artırılacaq.

Dövlət başçısı da VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışı zamanı bununla bağlı göstəriş verildiyini bildiib.

Bəs artım nə qədər olacaq?

Sosioloq Üzeyir Şəfiyev "Xəzər Xəbər"ə deyib ki, bazarda qiymət dəyişiklikləri və inflyasiya göstəriciləri minimum əməkhaqqının artırılması məsələsini reallaşdırır. O, qeyd edib ki, hazırda minimum əməkhaqqı 345 manat olsa da, bir çox müəssisələrdə bazara uyğun olaraq minimum 500 manat maaş verilir. Sosioloq gələn il artım zamanı da minimum əməkhaqının elə məhz 500 manat civarında olmasını daha məqsədəuyğun sayır.

Üzeyir Şəfiyev vurğulayıb ki, ötən il inflyasiya səviyyəsi 8,8, orta aylıq əməkhaqqındakı artım 11,3 faiz olub. Bununla yanaşı, bu il də həm qiymət artımları, həm də nominal orta aylıq əməkhaqqının dəyişməsi qeydə alınıb.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirildi ki, minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanaraq noyabrın 1-dək təqdim ediləcək.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.