"Jozef Borrelin ritorikasında bir sıra yanlışlara yol verməsi və... siyasi səhvlərini təkrarlaması sirr deyil"
Bu gün, 00:03
Noyabrın 13-də prezident İlham Əliyev COP29 iqlim konfransında çıxışını Fransa və Hollandiyanın kolonial siyasətindən bəhs edib. Dövlət başçısı kiçik ada dövlətlərinə həsr olunmuş sessiyada iştirakçılara Fransanın kolonial siyasətinin bu ölkələrə vurduğu böyük zərərdən danışıb.
"Avropanın aparıcı diplomatı Jozep Borrel Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasından nə gözləmək olar. Yaxşı, əgər biz cəngəllikik, o zaman kənarda durun və bizim daxili işlərimizə qarışmayın!", - İlham Əliyev öz nitqini tamamlayıb.
Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə Bizimyol.info xəbər portlına açıqlamasında bildirib ki, Avropanın xarici siyasət üzrə ali təmsilçisi Jozef Borrelin ritorikasında bir sıra yanlışlara yol verməsi və siyasi səhvlərini təkrarlaması sirr deyil.
“Azərbaycana münasibətdə son illərdə qərəzli mövqeyi ilə seçilən, hətta Qarabağdan könüllü köç edənlərin sayını şişirərək 150 minə "çatdıran" Borrel (halbuki Ermənistan özü 100 min olduğunu demişkən), dünyanı təhqir etməkdən də çəkinməyib. Avropanın xarici siyasət üzrə ali təmsilçisi 2022-ci ildə çıxışlarından birində Avropa İttifaqını “bağ”, dünyanı da “cəngəllik” adlandırmışdı. Bütün dünyadan gələn mənfi reaksiyalar səbəbilə bu fikrinə görə “üzr” istəsə də, üzrü qəbahətindən də betər alınmışdı.
Cənab Prezidentin COP29 çərçivəsində Azərbaycana qarşı qərəzli mövqeyi olan ölkələrə və siyasi fiqurlara mesajlar ünvanlaması, məhz onların qlobal yanlış siyasətlərinin ifşasını özündə ehtiva edir”-deyən Şəhla Cəlilzadə vurğulayıb ki, bu baxımdan COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitinin (SIDS) keçirilməsi Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində yaratdığı və neo-kolonializmə qarşı mübarizənin öncülü olan Bakı İnisiativ Qrupu fəaliyyətlərinin daha qlobal müstəvidə davamı hesab oluna bilər.
“Sammitdə “Bizdən uzaq durun və daxili işlərimizə qarışmayın…” mesajı verən Prezident neo-kolonial dövlətlərə aid çoxsaylı məsələlərə və səbəb olduqları qlobal problemlərə diqqəti çəkərək, bu problemlərin həllində birgə səylərin və qarşılıqlı yardımın önəmini vurğulmışdır. Azərbaycanın bu işdə öncül rolu gələcəkdə də davam edəcək”-deyə politoloq bildirib.