Tramp kimdir?

Bu gün, 00:01           
Tramp kimdir?
İlk dəfə Trampın adı xarici dövlətin xüsusi xidmət orqanların sənədlərinə 1978-ci ildə düşdü. Bu dövlət, o zaman SSRİ-nin sateliti olan Çexoslovakiya idi. 1978-ci ildə təzəlikcə evlənən Tramp Çexoslovakiyaya gəlmişdi, o, çexoslovakiyalı model, dizayner(və sonra iş adamı) olan İvana Zelniçkova ilə ailə qurmuşdu. Trampın gəlişi dərhal Çexoslavakiya Dövlət Təhlükəsizlik Xidmətinin(StB-"Státní bezpečnost") diqqətinin mərkəzinə düşdü, dosye açıldı, Tramp "razrabotkaya" alındı və İvananı izləməyə başladılar.
O zaman Çexoslovakiyada SSRİ-də olduğu kimi kapitalist ölkələrə bağlı olan adamlara qarşı xüsusi yanaşma var idi, bu adamlar çox ciddi şəkildə izlənilirdi. "Soyuq müharibə" və kəşfiyyatlar arasında savaşın ən gərgin dövrü idi.
StB-də Tramp və İvana barəsində dosyenin açılmasının 2 səbəbi var idi: İvananın Qərb kəşfiyyatına işləməsini ifşa etmək(əgər o varsa təbii ki) və Tramp vasitəsilə ABŞ-ın biznes və siyasi elitası barədə məlumat toplamaq.
Qısa müddətdən sonra Tramp StB üçün o qədər önəmli izlənmə obyektinə çevrildi ki, onun dalınca ABŞ-a xüsusi agent göndərildi və StB-dəki dosyedə Trampın "rusofilliyi"(Rusiyaya rəğbəti) qeyd edilmişdi.
1985-ci ildə Qorbaçyov SSRİ-nin başına gəlir və "perestroyka" başlayır. "Perestroyka" siyasəti SSRİ və Qərb arasında münasibətləri istiləşdirir. Maraqlısı odur ki, Trampın siyasətdə debütu məhz Qorbaçyovun hakimiyyətə gəlişinə düşür.
Bu günə kimi heç bir siyasi fəaliyyəti olmayan Tramp 1985-ci ildə "Manhattan İnc" jurnalına sensasyon müsahibə verib. Tramp böyük iş adamı idi və müsahibə də məhz bu sahədə gözlənilirdi, amma bütün gözləntilərə zidd olaraq Tramp tamamilə başqa mövzu ətrafında danışırdı. Tramp bəyan etdi ki, bu gün dünya üçün ən böyük təhdid nüvə silahlarının çoxalmasıdır və o(Tramp), dünyada nüvə arsenalların məhdudlaşdırılması prosesində əsas rol ala bilər(!!!). Müsahibədən sonra jurnalist Ron Rozenbaum(müsahibə alan) təəccüblə qeyd etdi ki, Tramp o qədər nüvə silahı mövzusuna diqqət yetirdi ki, heç özünə məxsus "Trump Tower"i reklam da etmədi. Bu müsahibə təsadüf deyil idi və oxşar müsahibəni Tramp Washington Posta vermişdi.
1986-cı ildə dünya şöhrətli kardioloq Bernard Loun, Qorbaçyovun şəxsi həkimi olan Çazovla yanaşı Nobel mükafatını alır. Bu münasibətlə Qorbaçyov Çazov və Lounu Moksvaya dəvət edir. Loun Moksvadan qayıdan kimi, Tramp onu şəxsi görüşə dəvət edir və onlar görüşürlər. Çox maraqlı görüş idi və Bernard Lounun xatirələrini paylaşmağa yerinə düşür. Tramp demişdi:"Əgər mən Qorbaçyovun kim olduğunu bilsəm, mən Reyqandan xahiş edə bilərəm ki, məni SSRİ-yə səfir kimi göndərsin və mən 1 saata "soyuq müharibəni" bitirərəm"(ritorika tanış gəlirmi?).
Loun xatirələrində yazırdı ki, Trampın yekəxanalığı və cahilliyi, dünyanın ən mürəkkəb problemlərindən birini həll edə biləcəyinə düşünməyə əsas verirdi, özdə 1 saata.
Qayıdaq SSRİ-yə, Qorbaçyova.
Qorbaçyovun "perestroyka"sı SSRi-də heç də hər kəs tərəfindən rəğbətlə qarşılanmırdı, onlardan biri, Qərbə qarşı öz "qırğı" mövqeyilə fərqlənən KGB-nin "1-ci idarəsinin" rəhbəri Kryuçkov idi(1988-ci ildə Kryuçkov KGB rəhbəri vəzifəsinə təyin olunub, amma Qorbaçyov hakimiyyətə gələndə Kryuçkov hələ rəhbər deyil idi). "1-ci idarə" KGB-nin xarici kəşfiyyatı idi.
Məlumat var ki, 1984-cü ildə Kryuçkov KGB-nin ABŞ-daki mövqelərin zəifliyindən son dərəcədə narazı idi, əsas narazılıq: KGB-nin "verbovka"dan keçirtdiyi adamların sayının az olması idi. Kryuçkov göstəriş verdi ki, KGB agentləri rusofilliyə meyilli iş adamlarına diqqət yetirsinlər.
1986-cı ildə SSRİ-nin BMT-dəki səlahiyyətli səfiri Yuri Dubinin və qızı Natalya Dubinina Trampla görüşürlər. Maraqlısı odur ki, bu görüşdən bir müddət sonra tədbirdə Tramp Dubininlə birlikdə olublar.
Dubinin və Trampın görüşü zamanı əsas müzakirə predmeti: Trampın SSRİ-də biznesin qurulması idi. 1987-ci ildə Dubinin Trampa məktub göndərir və məktubda deyilir ki, "İnturist" Trampla birlikdə böyük mehmanxanaların tikintisinə maraq göstərib. Həmin ildə də Tramp Moskvaya yollanır.
Trampın Moskvaya səfərinə dair QRU-nun sabiq əməkdaşı Suvorov yazırdı:"Hər şey pulsuz idi. Gözəl qızlarla maraqlı şənliklər. Bəlkə də sauna və qızlar". Suvorov əlavə edirdi ki, "İnturist" KGB-nin bir filialı idi və "İnturist"in Trampla işbirlik təşəbbüsünün hardan gəlməsi də bəlliydi.
Tramp ABŞ-a qayıdan kimi mətbuatda çox maraqlı məqalələr dərc olunmuşdu. Onlardan birindən sitat gətirək:
- Sovetlər Trampın prezident seçkilərində iştirakına loyallıq göstərir.
Çox keçmədi, cəmi 2 ay. Tramp özünə siyasi lobbistlər komandasını toplamağa başladı və Moskva səfərində elə 2 ay keçən kimi, Trampın Washington Post və New-York Times-da, böyük qalmaqala səbəb olan məqaləsi dərc olunub. Məqalədə deyilirdi ki, ABŞ Yaponiya və Fars körfəzi ölkələrinin təhlükəsizliyinin təminatına pul xərcləməyi dayandırmalıdır. Tramp yazırdı ki, ABŞ üçün ən vacibi daxili problemlərdir və xaricdə hərbi-siyasi fəallığı azaltmaq lazımdır(bu ritotika sizə tanış gəlirmi?). Bu, birbaşa sovetlərin maraqları daxilində olan siyasi kurs idi.
80-cı illərin sonlarında Trampın bu ritorikası əhali arasında maraqla qarşılanmasa da, Çexoslovakiya DTX-sının 1988-ci ilin sənədlərində qeyd olunur ki, artıq 1988-ci ildə Tramp prezidentliyə namizəd olacağında əmin idi və öz məqamını gözləyirdi.
StB-nin Tramp dosyesində daha bir maraqlı məqam var idi, orda deyilirdi ki, Trampı prezidentliyə namizəd olması üçün, kimsə onu israrla məcbur edir...
Kamran Cəfərov
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.