Azərbaycanda bu qurum çox qorxu, vahimə yaradıb
11-12-2024, 15:39

Azərbaycanda bu qurum çox qorxu, vahimə yaradıb, xüsusi ilə də neftçi, pensiyaçı, əlillər və hətta bu sahədə çalışan mütəxəssislər və digər şəxslər arasında.
Bu qurumun qərarına açıq-aydın münasibət bildirmək istəməyən, mənimlə və ya onlarla münasibətlərini korlamaq istəməyən, bəlkə də onlardan çəkinən şəxslərin çox oduğunu da gördüm.
Aşağıdakı Qanunun tədbiqi və icrası ilə bağlı Azərbaycanda: sayılan, bəziləri ilə çox yaxşı münasibətdə olduğum, bu sahə ilə məşğul olan, bu Qurumun İctima Şurasında təmsil olunan və ya İctimai Şuranın sədri olan: QHT sədri, hüquq elmləri doktoru, hüquqşünas, və vəkillərə, DSMF və Nazirliyə də müraciət etdim, dəfələrlə və bu mübahisənin qanuni şəkildə həll olunmasını xahiş etdim.
Qeyd etdiyim şəxslərin heç biri bu məsələdə açıq mövqe bildirmək istəmədi. Fikrimcə də yuxarıda qeyd etdiyim səbəblərə görə.
Bir faktı qeyd edim ki, son 3 ildə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB-nin hüquqi yardım göstərdiyi çoxlusayda neftçilərdən və müharibə qazılərindən də bu qurum barədə çoxlu şikayətlər daxiı olur: əlilliyin təyin olimması, pensiya və güzəştli şərtlərlə əmək pensiyası çıxma hüququnun bərpası ilə əlaqədar, əmək pensiyasından 5-20 il əvvəl tutulmalara dair və sair.
Bu müraciətlərə bu qurum tərəfindən verilən imtinaların nə qədər qanunsuz, əsassız və ya qərəzli olduğunun dəfələrlə şahidi olmuşam. Mənə belə gəlir ki, qurumun əsas məqsədi heç də əlillik və ya əmək pensiyası təyin etmək deyil, sanki bunların qarşısını almaq və ya imkan daxilində az olmasını təmin etməkdir.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı tərəfindən müraciətlər əsasında məhkəməyə verilən şikayətlır əsasında şəxslərin demək olar ki, hamısının hüquqları məhkəmə qərarı ilə təmin olunmuş, qurumun imtina barədə qərarları ləğv edilmiş və hüquqları bərpa olunmuşdur.
Maraqlı hal odur ki, şəxsləri incidən, onlara əzab əziyyət verən, məhkəmə qərarları ilə ləğv edilən imtinaları qəbul edən vəzifəli şəxslərin heç biri məsuliyyətə çəlb olunmur.
Necə deyərlər, Atalar məsələsində olduğu kimi: BURDA MƏNƏM BAĞDADDA KOR XƏLİFƏ.
3 aya yaxındır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tərkibinə daxil olan DSMF-yə yazılı müraciətlər etsəmdə Əmək Pensiyaları h-da Azərbaycan Respublikası Qanununin 36.1-ci maddəsinin tələbinə əməl etdirə bilmədim. Bir çox hallarda cavab almadım, səhv, yanlış, Qanunun bu maddəsinə uyğun olan cavab ala bilmədim.
Əmək Pensiyaları haqqında AR Qanununin 36.1-ci maddəsi: Orqanizmin funksiyalarının pozulması faizi dəyişdikdə, əmək pensiyasının məbləği orqanizmin funksiyalarının pozulması faizinin DƏYİŞDİYİ aydan sonrakı AYIN 1-DƏN YENİDƏN TƏYİN edilir.
Mənim mövqeyim belədir ki, Qanuna əsasən əgər: Orqanizmin funksiyalarının pozulması faizi dəyişərsə, bu qanunda yazıldığı kimi şəxsin əvvəlki pensiyası ləğv edilir, növbəti ayın 1-dən yeni əmək pensiyası təyin edilir. Bu zaman həmin şəxsin əvvəlki pensiya təyini zamanı götürülən kapital yığımı və iş stajı deyil, yeni təyin olunan zaman mövcud olan iş stajı və kapital yığımı nəzərə alınır.
DSMF NƏ EDİR? ŞƏXSİN ƏVVƏLKİ ƏMƏK PENSİYASINI FORMAL olaraq ləğv edir, ləğv olinduğu və ya yeni təyin olunduğu zaman şəxsin mövcud olan iş stajı, pensiya kapitalın deyil, birinci dəfə təyin olunmuş iş stajını və pensiya kapitalnı əsas götürür. Nəticədə şəxsin əmək pensiyası formal olaraq yenidən təyin edilsədə, əmək pensiyası artırılmır və köhnə məbləğdə qalır. Halbuki, əlillik qrupu dəyişənə qədər onun iş stajı, məsələn, 3-5 il artır, yığdığı pensiya kapitalı da bu müddətdə artır, lakin bu hallar yeni təyin olunmuş əmək pensiyasının məbləğinə heç bir təsir etmir.
Fikrimcə şəxsin əmək pensiyası bu əsasla ləğv olunub, yenidən təyin edilərkən, əmək pensiyası alan şəxslərin həmi dövrdə olan iş stajı və kapital yığımı nəzərə alınmaqla yenidən hesablanmalı və təyin olunmalıdır.
Azer Quliyev
TEREF