"Qara qutu" Azərbaycan, Rusiya və Qazaxıstan mütəxəssislərinin iştirakı ilə açılacaq

31-12-2024, 12:22           
"Qara qutu" Azərbaycan, Rusiya və Qazaxıstan mütəxəssislərinin iştirakı ilə açılacaq
Qazaxıstanda qəzaya uğrayan Azərbaycan Hava Yollarına məxsus təyyarənin "qara qutu"larının deşifrə edilməsində iştirak etmək üçün Rusiya, Qazaxıstan və Azərbaycandan olan mütəxəssislər Braziliyaya yollanacaqlar.

Bu barədə Braziliyanın Hərbi Hava Qüvvələri məlumat yayıb.

Qeyd olunub ki, "qara qutu"nun oxunması hər üç ölkənin nümayəndəsinin nəzarəti altında həyata keçiriləcək.

"Qara qutu"lar Braziliyaya dekabrın 31-də yetişəcək. İşlər başa çatdıqdan sonra çıxarılan məlumatlar beynəlxalq qəza araşdırması protokollarına uyğun olaraq bu hadisənin araşdırılmasına cavabdeh olan Qazaxıstanın Hava Qəzalarının Təhqiqat Departamentinə veriləcək", - deyə Braziliya Hərbi Hava Qüvvələrinin məlumatında bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru