Mikayıl Cabbarovun fövqəlnazirliyinə SON QOYULUR? - "Böyük ehtimalla yeni ildə də..."

1-01-2025, 16:18           
Mikayıl Cabbarovun fövqəlnazirliyinə SON QOYULUR? -
Xeyli müddət idi ki, əlində cəmləşdirdiyi səlahiyyət və vəzifələr baxımından haqlı olaraq ölkənin FÖVQƏLNAZİRİ kimi dəyərləndirilən Mikayıl Cabbarov mövqelərini bir-birinin ardəndan itirməkdədir. "DİA-AZ" xəbər verir ki, artıq bu yöndə yetərincə ciddi addımlar atılıb ki, bu da haqlı olaraq ekspertlər tərəfindən Cabbarovun "QÜRUBU" kimi qiymətləndirilir.

Elə bu barədə qənaətini bölüşən tanınmış ekspert Əkrəm Həsənov da müşahidələri ilə yuxarıda qeyd etdiyimiz qənaəti möhkəmləndirib. Ekspert bildirir:

"İqtisadiyyat naziri Mikayıl Cabbarov səlahiyyətlərini itirə-itirə gedir. Əvvəlcə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ondan alındı. Sonra isə tabeliyində olan İnvestisiya Holdinqindən dövlət şirkətlərinin əksəriyyəti çıxarılaraq yeni yaradılmış AZCON-a verildi.

Mikayıl müəllim çox tədbirli adamdır, bilir ki, iqtisadiyyatımızın vəziyyəti pisləşdikdə onun da məsuliyyəti artır. Buna görə də səlahiyyətlərinin azalmasında ən maraqlı şəxs özüdür.

Böyük ehtimalla yeni ildə də bu azalmanı müşahidə edəcəyik..."












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.