Şəhid general-mayor Polad Həşimovun doğum günüdür - 50 il

2-01-2025, 08:00           
Şəhid general-mayor Polad Həşimovun doğum günüdür - 50 il
Bu gün şəhid Milli Qəhrəman general-mayor Polad Həşimovun doğum günüdür.

Polad Həşimov 1975-ci il yanvarın 2-də Qəbələnin Vəndam qəsəbəsində anadan olub. Sonradan ailəsi ilə birlikdə Sumqayıta köçüb. Polad Həşimov Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərək hərbçi olub.

General-mayor 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısı alınarkən qəhrəmancasına şəhid olub.

İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələnin Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri xiyabanda polkovnik İlqar Mirzəyevlə yanaşı dəfn olunub.

2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin Sərəncamı ilə Polad Həşimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Şəhidimizin iki oğlu və bir qızı bizə yadigar qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru