Silah sahibləri Trampın rəhbərliyi altında odlu silahlara məhdudiyyətlərin aradan qaldırılmasını istəyir
4-01-2025, 16:43
ABŞ-da silahlı zorakılığın qarşısının alınması ilə bağlı tədbirlər Bayden administrasiyası atında gücləndirib, amma prezident seçilən Donald Tramp yanvar ayında vəzifəsinin icrasında başladığı zaman siyasətdə böyüş dəyişikliklərin olacağı gözlənilir.
Yeni seçilən prezident Donlad Tramp onun rəhbərliyi altında silah shiblərdinin hüquqlarının müdafiə olunacağına dair vədi tez bir şəkildə yerinə yetirəcəyini deyib.
“Mənim ikinci vəzifə müddətimdə biz Baydenin ikinci düzəlişə qarşı hücumlarının hamısı ləğv edəcəyik. Hücumlar cəld və sərtdir. Baydenin Ağ Evdən çıxdığı andan başlayaraq,” Donald Tramp deyib.
Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, 2023-cü ildə silah zorakılığı nəticəsində təxminən 47,000 insan həlak olub.
Prezident Co Bayden bir sıra tədbirlər görüb ki, tədqiqatçılar onların bu rəqəmi azaltmağa kömək etdiyini söyləyir.
“Buna Amerika Xilas Planının icmada zorakılığıa müdaxilə proqramlarını dəstəkləmək üçün vəsaiti daxildir. Bayden administrasiyası ATF və FBI-ın sənayeni tənzimləmək qabiliyyətini gücləndirib,” Cons Hopkins Universitetindən Cen Pauliukonis deyuir.
Silah hüquqlarının müdafiəçiləri deyirlər ki, bu tədbirlər ABŞ Konstitusiyasına İkinci Düzəlişin təmin etdiyi silah daşımaq hüququnu pozur. Onlar əmindirlər ki, Tramp onları ləğv edəcək.
“Bİz onların insanların təhlükəsizliyini təmin etmək üçün heç nə etdiklərini düşünmürük. Onlar sadəcə olaraq İkinci Düzəliş hüquqlarını pozublar," Second Amendment Fondundan Alan Qottlib deyir.
Tərəfdarlar həmçinin Trampın “gizli daşıma” hüququnun bütün ştatlarda tanınması qanununu imzalamaq vədini yerinə yetirməsini səbirsizliklə gözləyirlər. Bu, silahları gizli daşımaq icazəsi olan insanların silahları ilə 50 ştatın hamısına səyahət etmələrini asanlaşdıracaq.
“Keçdiyiniz hər bir ştatın xüsusi silah qanunlarına baxmalısınız və bəzi hallarda həmin ştatlarda silah daşımaq qanuni olmur.Ona görə də, bu bizim federal səviyyədə görmək istədiyimiz bir şeydir,” Wisconsin Carry şirkətindən Nik Klark deyir.
Frank Simorellinin psixi sağlamlıq problemləri olan oğlu Kamden, 2022-ci ildə qanuni olaraq satın alınan silahla özünü vurduqdan bir neçə həftə sonra həyatını itirib. Simorelli, gücləndirilmiş tarixçə yoxlamaları kimi silah təhlükəsizliyi tədbirlərinin Tramp Administrasiyası altında qüvvədə qalmasını istəyir.
“Əgər bir ana və ya ata təhlükəsizlik üçün evində silah saxlamaq istəyirsə, mənim bununla bir problemim yoxdur. Mənim problemim odur ki, nə üçün sizi silaha sahib olmaq hüququnuz mənim silahı evimdən uzaq tutmaq hüququmu kölgəyə salır,” intihar qurbanının atası Frank Simorelli deyir.
Pew Araşdırma Mərkəzisinin rəy sorğularının nəticələri göstərir ki, ictimaiyyət arasında psixi xəstəlikləri olan insanların silah almasının qarşısının alınmasına geniş ikitərəfli dəstək var. Bununla belə amerikalılar silah siyasəti ilə bağlı təkliflərin əksəriyyətində fikir ayrılığı yaşayırlar.