Hansı əsaslardan dövlətorqanı və ya onun vəzifəli şəxsi tərəfindən ehtimal olunan səhvə görə - əmək pensiyaçısı maddi məsuliyyət daşımalı və ya xərclədiyi pulu geri qaytarmalıdlr?
4-01-2025, 16:29
Əmək pensiyaçılarına artıq ödənilmiş və ya ödənilməsi ehtimal olunan əmək pensiyası- həmin pensiyaçıların - əmək pensiyasından tutulması,nə qədər qanuni və əsaslıdır, hətta üzərindən uzun müddət keçsədə?
Hal hazırda Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatınln da hüquqi yardım göstərdiyi bir neçə nəfər əmək pensiyaçısının - bu barədə olan İddia ərizələrinə Bakı şəhərinin İnzibati Məhkəməsində baxılır. Bir neçə İddia ərizəsi üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsində işçilərin xeyrinə yekun qərar da artıq qəbul edilib. Bir neçə iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin Qərarları ilə təmin olunubBakı Apellyasiya Məhkəməsinin icraatındadır.
Azərbaycan Respublikasının Konstitusiyasına görə də hamı qanun və məhkəmə qarşısında bərabərdir. Aşağıda göstərilən bu iki qanun arasındakı fərq isə, bu hüquq və bərabərliyi təmin etmir. Hesab edirəm ki, AR-nın Əmək Məcəlləsində qüvvədə olan maddi hüquq norması - daha çox ədalətli, humanist və ya düzgündür. Müqayisə üçün hər iki qanundan çıxarışı təqdim edirəm:
1.AR-n Əmək Pensiyaları haqqında Qanunu:
39.1-ci maddə: Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmişməbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə - əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda isə məhkəmə qaydasında tutulur.
2. AR Əmək Məcəlləsinin 175.5-ci maddəsi: Hesabda - səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən - işçiyə artıq verilmiş əmək haqqı, o cümlədəndə müvafiq qanun və ya digər normativ hüquqi aktların düzgün tətbiqedilməməsi nəticəsindəverilən məbləğlər işçidən tutula bilməz.
Göründüyü kimi AR-n Əmək Məcəlləsi işçiyə düzgün ödənilməyən və ya artıq ödənilmiş pulun geri qaytarılmasını çox ədalətli həll edir, hətta müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlərin - işçilərdən tutulmasını qadağa efur. Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanunu isə tam əksinə.
Maraqlıdır, sübut etməyə ehtiyac yoxdur ki,
Əmək pensiyası - vətəndaş və ya pensiyaçı tərəfindən deyil, əmək pensiyası təyin edən qurumun qərarı əsasında təyin edilir və bu qurumların vəzifəli şəxsləri tərəfindən həyata keçirilir.
Sual olunur, əgər hər hansı bir şəxsin əmək pensiyası düzgün hesablanmayıb və ya təyin olunmayıbsa, nədən əmək pensiyası alan şəxs maddi məsuliyyət daşımalıdır?
Qeyd olunan ödənişlər bu və digər formada pensiyaçıdan tutulsada, buqərarı qəbul edən və buna görə məsuliyyət daşıyan Fondun hər hansı bir vəzifəli şəxsləri nədən: maddi, intizam, inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmur.
Əgər belə bir səhv olubsa və sübut olunursa, bunun üçün əmək pensiyası alan şəxs deyil, cavabdeh Fondun vəzifəli şəxsləri maddi və ya digər məsuliyyət daşımalıdır.
Azərbaycan və ya Beynəlxalq Qanunlara əsasəndə şəxs yalnız öz törətdiyi hərəkətlərə görə: maddi, mənəvi, inzibati və ya cinayət məsuliyyəti daşıyır, başqa şəxsin və ya dövlət orqanının vəzifəli şəxsin qanunpozuntularına görə yox.
Bir faktı da nəzərə almaq lazımdır ki, dövlət qurumu tərəfindən əmək pensiyası təyin olunmuş şəxs əmək pensiyasını müxtəlif ehtiyaclarına sərf edir:ailəsinə,özünə, müalicə və sağlamlığına, şəxsi işlərinə, sosial ödəniş və ssir xərclərinə. Artıq xərclədiyi bu pulu da onun qaytarmaq imkanı olmur, onun üçün maddi və fiziki çətinliklər yaranlr.
Eyni zamanda hansı əsaslardan dövlətorqanı və ya onun vəzifəli şəxsi tərəfindən ehtimal olunan səhvə görə - əmək pensiyaçısı maddi məsuliyyət daşımalı və ya xərclədiyi pulu geri qaytarmalıdlr.
Yekun olaraq bildirirəm ki, Əmək pensiyaçısı o vaxt maddi, inzibati, cinayət və digər məsuliyyət daşıya bilər ki, artıq ödənilmiş əmək pensiyasının təyin olunması üçün o, saxta, düzgün olmayan və ya digər qanunsuz sənədlər tədbiq etsin.
Azər Quliyev.
TEREF