Köçəryan və Sərkisyan Nikol Paşinyana müxalifəti gücləndirə bilmirlər, ümidləri yoldan keçən keşişlərə qalıb

18-02-2025, 12:18           
Köçəryan və Sərkisyan Nikol Paşinyana müxalifəti gücləndirə bilmirlər, ümidləri yoldan keçən keşişlərə qalıb
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan ildə bir və ya iki dəfə qış yuxusundan ayılaraq mətbuat konfransı keçirir və baş nazir Nikol Paşinyanın mövqelərinə zərbə vurmaq məqsədilə onun siyasətini tənqid edir.
O, bu zaman Paşinyanın zəif bəndlərini müəyyənləşdirməyə çalışır. Köçəryanın mətbuat konfransında söylədikləri Nikol Paşinyanı narahat etmir.
Çünki, Köçəryanın erməni cəmiyyətində nüfuzu yoxdur. Ermənistanın İkinci Qarabağ müharibəsindəki məğlubiyyəti Köçəryanın və “silahdaşı” Serj Sərkisyanın olan-qalan reytinqini aşağı salıb. Paşinyanın səsləndirmədiyi, eyni zamanda ermənilərin beynində dolaşdığı arqument təxminən belədir: “Belə güclü siyasətçi olduğunuzu iddia edirsinizsə, erməniləri Azərbaycana qarşı üsyana sövq etdiyiniz və siyasi karyeranıza başladığınız Qarabağı qoruyardınız”. Köçəryan və Sərkisyan kimilər on minlərlə insanın ölümünə rəvac verdilər, cinayətlər törətdilər, məqsədləri Qarabağı Ermənistana birləşdirmək idi, tam tərsi baş verdi, arada iki müharibə baş verdi və nəticə Azərbaycanın xeyrinədir. Köçəryan son mətbuat konfransında etiraf edib ki, bundan sonra ermənilərin Qarabağa qayıdışı çətindir.
Köçəryan və Sərkisyan Nikol Paşinyana müxalifəti gücləndirə bilmirlər, ümidləri yoldan keçən keşişlərə qalıb.
Elxan Şahinoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru