RUSİYA HANSI GÖSTƏRİCİLƏRDƏ 1-ci, HANSILARDA SONUNCUDUR? - Dünyanın ən zəngin ölkəsinin fəlakət statistikası
27-03-2025, 16:44

Tanınmış jurnalist, Azərbaycanın İstanbuldakı keçmiş baş konsulu İbrahim Nəbioğlu Rusiyanın resurs və insan inkişafı indeksləri arasında maraqlı müqayisə aparıb. BMT-nın statstik məlumatlarına əsaslandığını yazan Nəbioğlu, dünyanın ən zəngin ölkəsinin əhalisinin ağır sosial-iqtisadi durumuna diqqət çəkib.
“”AzPolitika” onun “Telqram” kanalındakı qeydlərini oxuculara təqdim edir:
“-Dünyada təbii qaz hasilatı və ixracına görə 1-ci yer (qlobal hasilatın 35%-i);
-Dünyada təbii resursların həcminə görə 1-ci yer;
-Dünyada almaz ehtiyatları və ixrac həcminə görə 1-ci yer;
-Dünyada kəşfedilmiş platin ehtiyatlarına görə 2-ci, ixracına görə 1-ci yer;
-Dünyada kəşf edilmiş gümüş ehtiyatlarına görə 1-ci yer;
-Dünyada kəşf edilmiş qızıl ehtiyatlarına görə 2-ci yer;
-Dünyada kəşf edilmiş kömür ehtiyatlarına görə 1-ci yer (qlobal ehtiyatların 23%-i);
-Dünyada meşə ehtiyatlarına görə 1-ci yer (qlobal ehtiyatların 23%-i);
-Dünyada içməli su ehtiyatlarına görə 1-ci yer;
-Dünyada nərə balığı, xərçəng ve mintay ehtiyatlarına görə 1-ci yer;
-Dünyada kəşf edilmiş qalay, sink, titan ve niyobyum ehtiyatlarına görə 1-ci yer;
-Dünyada azot gübrələrinin ixracına görə 1-ci yer;
-Dünyada torf ehtiyatlarına görə 1-ci yer.
Bəs hara gedib bu zənginlik?
-Dünyada dollar milyarderlərinin artım sürətinə görə 1-ci yer, milyarderlərin ümumi sayına görə 2-ci yer (ABŞ-dən sonra);
-Yaşayış səviyyəsinə görə dünyada 67-ci yer;
-İnsan potensialının inkişaf səviyyəsinə görə dünyada 71-ci yer;
-Dövlətin vətəndaşa xərclədiyi pula görə dünyada 72-ci yer;
-Əhalisinin sağlamlıq səviyyəsinə görə dünyada 127-ci yer;
-İnsan ömrünün uzunluğuna görə 111-ci yer.
Dünyada "lider" olduğu göstəricilər:
-Yaşlılar, yeniyetmələr və uşaqlar arasında intihara görə dünyada 1-ci yer;
-Boşanma sayına və nigahdankənar doğum görə dünyada 1-ci yer;
-Abort və atılan uşaqların sayına görə dünyada 1-ci yer;
-Əhalinin azalma sürətinə görə dünyada 1-ci yer;
-Spirtli içkilərin istehlakına görə dünyada 1-ci yer;
-Spirtli içkilərin satışına görə dünyada 1-ci yer;
-Tütün məhsullarının satışına görə dünyada 1-ci yer;
-Alkoqolizmdən ve siqaret nikotinindən ölüm hallarına görə dünyada 1-ci yer;
-Ürək-damar xəstəliklərindən ölüm hallarına görə 1-ci yer;
-Saxta dərmanların satışına görə dünyada 2-ci yer;
-Heroin istifadəçilərinin sayına görə dünyada 1-ci yer (qlobal istehsalın %21-i);
-Aviasiya qəzalarının sayına görə dünyada 1-ci yer;
-Siyasi hüquq və azadlıqlar reytinqinə görə dünyada 159-cu yer”.
Qeyd edək ki, İ.Nəbioğlunun sözügedən paylaşımı maraq doğurub digər sosial şəbəkələrdə də dəfələrlə paylaşılıb.
“AzPolitika.info”