"Sahil Babayevə deyin ki, pensiyaları VAXTINDA VERSİN..." - Maliyyə naziri İNDİ HARANI QAYÇILAYACAQ...

Bu gün, 09:49           
 "Sahil Babayevə deyin ki, pensiyaları VAXTINDA VERSİN..." - Maliyyə naziri İNDİ HARANI QAYÇILAYACAQ...
"Samir Şərifov maliyyə naziri vəzifəsindən çıxarılandan az sonra mediada belə bir iddia dolaşmağa başladı ki, supernazirlik yaradılır. Guya Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Gömrük Komitəsi, Vergi Xidməti bir qurumda birləşdiriləcək. Yeni təsis edilən təşkilatın başına Sahil Babayev gətiriləcək. Bu xəbərə inananları sayı sürətlə artırdı. Gömrük Komitəsində bu gün də davam edən maaş böhranını belə bu məsələyə bağlayanlar vardı. Amma deyilənlər olmadı. İdarəetmədə status-kvo saxlandı". Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Bu ilin fevral ayının 6-da Sahil Babayev Prezident İlham Əliyevin sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən çıxarıldı. Prezident onu digər sərəncamla maliyyə naziri təyin etdi. Həmin gün dövlət başçısı üçüncü bir sərəncam da imzaladı. Sərəncamla Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edildi. Bu təyinata kimi A.Əliyev sözügedən nazirlikdə müavin postunu tutub.

Sahil Babayevin maliyyə nazirliyinə rəhbər gətirilməsi bir sualı aktuallaşdırdı: Niyə məhz o? İndi bu sual xeyli insanın düşüncəsinə hakim kəsilib.

Amma nahaq yerə. Çünki hər şey gün kimi ortadadır. İşi-gücü Qarabağ qazilərinin, əlillərin sayını azaltmaq, problemlərini artırmaq olan Sahil Babayev bu yolla sən demə DÖVLƏT BÜDCƏSİNƏ MİLYONLARI QAZANDIRIBMIŞ... Və vətəndaşın - dövlətin sosial qayğısına ehtiyacı olan vətəndaşın güzəranını ağırlaşdırmaq hesabına olan bu qənaət indi dfə ümüumölkə miqyasında - daha geniş planda və dünənə qədər Sahil Babayevin əlinin yetmədiyi qurumları da içinə alaraq BÖYÜK MİQYASDA davam edəcək...

Artıq bunun ilkin işartılarını görməkdəyik. Söhbət pensiyaların yubadılmasından - bəli, məhz məqsədli şəkildə yubdaılmasından gedir ki, bunun da təməlini Sahil Babayev ataraq guya ki, dövlətə - əslində isə bir qrup şəxsə pu8l qazandırır. Banklar da qazanır, dələduz məmurlar da... itirən isə vətəndaşdır.

İndi buradan Sahil Babayevə müraciət edirik, DSMF pensiyaları aid olduqları hər ayın əvvəlində, ilk 4-5 günündə versin... Təbii ki, bunu etməyəcək...

Çünki maliyyə naziri Sahil Babayev ƏƏSMN-i “ağ günə çıxardıqdan” sonra 2024-cü ildə maliyyə fırıldaqları üçün pensiyaların verilməsini 10-15 gün ertələdi, halbuki bu, qanunsuzluqdur. Pensiya maaş deyil ki, əmək fəaliyyətinin nəticəsinə görə ayın ortasında ya sonunda verilə...

Nə isə... Sahil babayevlə görəcək günlərimiz HƏLƏ İRƏLİDƏDİR..."












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.