İsrail meşə yanğınlarına qarşı Azərbaycandan yardım istəyib - VİDEO

1-05-2025, 12:24           
İsrail meşə yanğınlarına qarşı Azərbaycandan yardım istəyib - VİDEO
İsrail, Qüds ətrafında alovlanan və nəzarətdən çıxan meşə yanğınlarının söndürülməsi üçün Azərbaycana müraciət edib.
EFE xəbər agentliyi xəbər verir ki, İsrailin xarici işlər naziri Gideon Saar vəziyyətin ciddiliyini nəzərə alaraq bir sıra ölkələrin – o cümlədən Azərbaycan, Argentina, Böyük Britaniya, Yunanıstan, İtaliya, İspaniya, Kipr, Portuqaliya, Fransa, Xorvatiya, Çexiya, Şimali Makedoniya və İsveçin xarici siyasət rəhbərləri ilə təmas qurub və havadan dəstək istəyib.

Qeyd olunur ki, çərşənbə günü səhər saatlarında Qüdsün qərb hissəsində başlayan yanğınlar güclü külək səbəbindən sürətlə yayılıb və alovun qarşısını almaq çətinləşib. Hadisənin təhlükəliliyi səbəbindən bir neçə yaşayış məntəqəsinin sakinləri təxliyə edilib, bəzi yollar bağlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru