Naxçıvanda ləğv edilən idarələr və ya get gedə böyüyən işsizlər "ordu"su FOTO

26-05-2025, 12:49           
Naxçıvanda ləğv edilən idarələr və ya get gedə böyüyən işsizlər "ordu"su FOTO
Naxçıvanda iş gözləməkdən nəinki işçilərin, hətta texnikaların da gözlərinin kökü "saralır" (Özləri də həmçinin)
Bu, Naxçıvan şəhər Təmir Tikinti İdarəsinin həyətinin kosmosdan çəkilmiş fotosudur. Həyətdən həm də avto-park kimi istifadə olunurmuş. Ona görə olunurmuş deyirik ki, artıq elə bir idarə mövcud deyil. “Canişin” həzrətləri Naxçıvanda fəaliyyətə başlayandan dərhal sonra idarə tamamilə ləğv olundu.

O gündən bu günə yiyəsiz qalan təmir tikinti idarəsinin işçiləri işsizlər ordusuna qatıldı, texnikaları isə günəşin altında çürüməyə məhkum edildi. Üstəlik, Naxçıvanın digər rayonlarında eyni idarələr var və oralarda da eyni vəziyyət hökm sürür. İddialara inansaq, Muxtar Respublikanın təmir-tikinti idarələrində ümumilikdə 3 milyon manatdan çox texnikalar ağzı günə qalıb yeni sahiblərini gözləyir. Və gözləyə-gözləyə paslanıb çürüyür.
Azərbaycan xalqının intəhasız gözləməklə bağlı məşhur bir deyimi var: “gözümün kökü saraldı”. Təmir tikinti idarələrində paslanaraq saralan təkcə o texnikaların gözü deyil. Özləri də günbəgün "saralır".
Heydər Oğuz
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru