Yeni nazirdən ŞOK ADDIM: Şərifovun adamları hədəfdə... - YENİ MƏMUR HƏBSLƏRİ OLACAQ

29-05-2025, 09:37           
 Yeni nazirdən ŞOK ADDIM: Şərifovun adamları hədəfdə... -
Maliyyə naziri Sahil Babayev rəhbəri olduğu qurumun daxilində yeni prosesə start verməyə hazırlaşır. Bu barədə "DİA-AZ"ı məlumatlandıran mənbə iddia edir ki, daxili təftiş davam edir və bu zaman ciddi ittihamlara yol açacaq faktlar əldə edən Sahil Babayev həmin faktlara hüquqi qiymət vermək niyyətindədir.

Mənbə deyir: "Bu isə o deməkdir ki, keçmiş nazir Samir Şərifovun kadrlarını təkcə "vurulmaq" deyil, həm də həbs təhlükəsi gözləyir".

Xatırladaq ki, keçən həftə Sahil Babayev MN daxilində inqilabi bir prosesə - regional idarələrin yaranmasına start verdi. Bütün bunlar o deməkdir ki, yeni maliyyə naziri həm islahatların həyata keçirilməsi və həm də köhnə maliyyə cinayətlərinin ifşası baxımından tam səlahiyyətlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru