Paşinyanın yerinə namizəd olan “FSB” agenti Moskvaya məsləhətləşməyə getdi... — Mayın 31-də qayıdacaq...
Dünən, 11:46

“Artun Enk” təşəbbüsünün Paşinyanı impiçment prosesi ilə bağlı onun yerinə baş nazirliyə ən çox ehtimal olunan və ən çox adı hallaan namizəd - Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, “Vətən” partiyasının lideri Artur Vanetsyandır.
Moderator.az xəbər verir ki, bu haqda “Hraparak” nəşri yazır.
Xəbərdə bildirilir ki, terrorçu eks-prezident, Xocalı canisi Setrjik Köçəryanın komandası üçün Vanetsyan məqbul namizəd kimi görünür. Amma digər Xocalı qatili və terrorçu eks-prezident Robert Köçəryan isə prosesin özünə şübhə ilə yanaşmaqda davam edir və “Daşnaksütyun” fəallarından “İşxan Sağatelyan vasitəsilə Vanetsyana bəzi mesajlar verib ki, nəticəsi əvvəldən müəyyənləşən ümidsiz prosesə girməyə ehtiyac yoxdur. Eyni zamanda o bildirib ki, Vanetsyan öz namizədliyi ətrafında 8 deputatın imzasını toplaya bilsə, fraksiyasından 28 deputatın dəstəyini alacaq. Bundan əlavə, o, Vanetsyanın kifayət qədər yüksək reytinqə malik olduğunu və növbəti seçkilərə hazırlaşmağın düzgün olacağını, xüsusən də impiçment prosesinə girəcəyi təqdirdə komandasının Vanetsyanı tənqid etməyəcəyinə zəmanət verə bilməyəcəyini əmin edib”.
Daha sonra erməni nəşri qeyd edir:
“Artur Vanetsyanın Moskvaya getdiyini də öyrəndik. Yaxınları bizi əmin edirlər ki, o, namizədliyi ilə bağlı Moskvada yaşayan qardaşı ilə məsləhətləşməyə gedib və mayın 31-də qayıdacaq. Siyasi dairələr onun səfər zamanı bəzi Rusiya rəsmiləri ilə də görüşəcəyini istisna etmirlər...”
Xatırladaq ki, sabiq MTX direktoru A.Vanetsyan Rusiya “FSB”-nin akademiyasını bitirib. Bu da onun Rusiya kəşfiyyatıyla əlaqələrini yüzə-yüz təsdiqləyir. Onun qardaşı(yaxud əmisi oğlu) Ermənistan və İsveçrə vətəndaşı Karen Vanetsyan isə Moskvada “Oleyna” və “İdeal” günəbaxan yağlarını istehsal edən məhsul şirkətin direktoru kimi tanınan milyarderdir. Ötən ilin yanvarında onun Rusiyada külli miqdrada pul vəsaitinin “yuyulması” ilə balı həbs edilməsi haqda xəbər yayılsa da, sonradan azadlığa buraxıldığı bildirildi...