Zabratda partlayış təhlükəsi – "Azəriqaz" İB-ə xəbərdar edilsə də, gələn olmayıb / VİDEO

31-05-2025, 09:26           
Zabratda partlayış təhlükəsi –
Bakının 1-ci Zabrat qəsəbəsində sakinləri təşvişə salan qaz sızması baş verib.

32gun.az-ın məlumatına görə, Nəriman Nərimanov küçəsində yerləşən bina 1-in sakinləri qaz sayğacına birləşdirilmiş borudan sızma olduğunu aşkar ediblər. Qazın intensiv şəkildə sızması ciddi təhlükə yaradıb.

Hadisə ilə bağlı yazar və bəstəkar Rauf Qərib Alagöz sosial şəbəkədə paylaşım edərək vəziyyətin ciddiliyinə diqqət çəkib.

32gun.az-a açıqlama verən R.Q.Alagöz qeyd edib ki, dərhal “Azəriqaz” İstehsalat Birliyinə məlumat verilsə də, heç bir nümayəndə hadisə yerinə gəlməyib.

"Qonşumun sayğacından qaz sızır. Bina hər an partlaya bilər, amma heç kim gəlmir, deyəsən partlamasını gözləyirlər.

Partlamasa, ölməsə gəlmirlər. Biz eşidib zəng etdik. Blokun qapı pəncərəsini açıq qoymuşuq, – deyə Alagöz bildirib.

Hadisə yerindən görüntünü təqdim edirik:

*** 23:40

Qəribəsi ondadır ki, xeyli saatdan son "Azəriqaz"ın 3 əməkdaşı əraziyə baş çəkib və sakinlərə "Avadanlıq yoxdur" deyib gediblər)













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru