Qərb Moskvaya dərs verdi - Bundan sonra, Putin çətin bunkerdən çölə çıxa

2-06-2025, 10:44           
Qərb Moskvaya dərs verdi - Bundan sonra, Putin çətin bunkerdən çölə çıxa
Putin Trampın irəli sürdüyü, sülh danışıqlarını uzatmaqla düşünürdü ki, bu ara hərbi gücünü artırıb, daha çox Ukrayna ərazisi ələ keçirərək, sülh sazişinə daha güclü mövqe ilə, daha çox şərtlər irəli sürə biləcək. Amma düşünmüürdü ki, o ara Ukrayna və Qərb niyə boş oturmalıdır ki, o ara Qərbin də dəstəyi ilə güclənə və üstün mövqeli ola bilər. Artıq, görünür ki, elə də oldu
Bu gün səhər Ukrayna ordusunun Rusiyada ən güclü və dağıdıcı əməliyyatı baş tutub. Kütləvi dron hücumu ilə, müxtəlif Rusiya bölgələrində beş böyük hərbi hava bazasına hücum edib və xeyli sayda (45-dən çox) bahalı qırıcı və strateji bombardmançı, kəşfiyyat təyyarələri məhv edib. Hansı ki, Rusiya ordusu bu təyyarələr hesabına Ukraynaya hər dəfə dağıdıcı zərbələr endirirdi.
Sual yaranır ki, Murmanskdan tutmuş İrkutska kimi, Ukraynadan 5000 km aralıdakı hərbi baza aerodromlara dron necə gedib çatıb, özü də ki, kütləvi surətdə və həm Rusiya müdafiə sistemi bunu sezmədən? Ukrayna hərbi mərkəzi və bir çox şərhçilər buna izah verir ki, guya Rusiyanın ərazisinə yük iri maşınlarında dronlar göndərib, sonra o maşınlardan göndərilib həmin dironlar.
Nəsə, inandırıcı görsənmir bu versiya. Müxtəlif Rusiya zona, şəhərlərinə o boyda tir maşınlar içində yüzlərlə dron necə keçib və hərəkət edib, 5 min km məsafə, radiusda?! Dronu uçurtmaq, quş, göyərçin uçurtmaq deyil ki, qapısını aç tez yüzlərlə uçsun getsin. Bunun üçün bir xüsusi yer, şərait, texniki imkan lazımdır. Məncə bu, Qərbin planıdır, texnoloji imkanıdır, Ukraynaya yaradıb.
Ukrayna isə Qərbi ələ verməyib, üzərinə götürür. Vacib, bahalı strateji bombardmançı təyyarələr bazaların dəqiq yerlərinin kəşfiyyatla müəyyən et, yüzlərlə dronu Rusiyanın ən əlçatmaz, dərin bölgələrində məxfi yerləşdir və belə dəqiq, həm effektli əməliyyat qurmağı Ukrayna tək bacarar? Hələ, Ukrayna ordusu tərəfindən döyüş bölgəsində də Rusiya ordu hissələrinə gözlənilməz zərbələr başlanıb. ABŞ, Avropa bununla Kremlə deyir ki, sülhü uzatmaq oyunu sənə əsla sərf etməz. Demək ki, Moskva içində belə, istənilən nöqtə vurula bilər. Hər an! Bundan sonra, Putin çətin bunkerdən çölə çıxa.
Ilqar Altay
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.