Xaricdə yaşayan 7 bloger barəsində qiyabi həbs qərarı çıxarıldı - SİYAHI

3-06-2025, 16:16           
 Xaricdə yaşayan 7 bloger barəsində qiyabi həbs qərarı çıxarıldı - SİYAHI
Xaricdə yaşayan bir neçə bloger barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Teleqraf xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində İmaməddin Əlimanov, Süleyman Süleymanlı, Elşad Məmmədov, Məhəmməd Mirzəli, Qabil Məmmədov, Orxan Ağayev və Qurban Məmmədov barəsində təqdimatlara baxılıb.

Məhkəmə təqdimatları təmin edib və onların barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, ötən gün Binəqədi Rayon Məhkəməsinin qərarı ilə blogerlər Orduxan Bəbirov, Tural Sadıqlı və Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev barəsində qiyabi həbs tədbiri seçilib.

İmaməddin Əlimanov, Süleyman Süleymanlı, Elşad Məmmədov, Məhəmməd Mirzəli, Qabil Məmmədov, Orxan Ağayev, Qurban Məmmədov, Orduxan Bəbirov, Tural Sadıqlı və Elşad Abdullayev Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən barələrində qiyabi icraat başlanaraq istintaqa çağırılıblar. Onlar təyin olunan vaxtda istintaqa gəlmədiyi təqdirdə barələrində qiyabi icraatın başlanılması ilə bağlı xəbərdarlıq edilib.

Onlar müxtəlif cinayət əməllərində, o cümlədən dövlət əleyhinə çağırışlar, dələduzluq və digər hüquqazidd əməllərdə ittiham olunurlar.

Elşad Abdullayevə isə külli miqdarda vergidən yayınma, rüşvət alma və digər ağır cinayətlərə görə ittiham irəli sürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru