Netanyahu bəyan etdi ki, İran nüvə silahı yaratmağa təhlükəli dərəcədə yaxınlaşıb və İsrail daha gözləyə bilməz.
Dünən, 11:48

"Yüksələn Aslan" əməliyyatı İran üçün ciddi zərbə oldu: ölkə boyu 10-larla zərbələr endirildi, nəticədə bir neçə yüksək vəzifəli İran hərbçisi və nüvə alimləri həlak oldu.
Bu, birgünlük hərbi zərbə olmayacaq. İsrail əməliyyatı davam etdirəcək.
Bu gün yalnız bir neçə nüvə obyektinə zərbə endirilib, eyni zamanda İranın hava hücumundan müdafiə sistemləri, hərbi rəhbərlik və sənaye obyektləri də hədəfə alınıb.
İsrail bildirir ki, ABŞ əməliyyatı dəstəkləyib, amma əslində ABŞ əməliyyatda iştirak etməyib, hətta İsrail təyyarələrinə yanacaq doldurmada da kömək etməyib.
Senator Qrem bəyan edib ki, əgər İran təkcə İsrailə deyil, regionda ABŞ hədəflərinə də zərbə endirərsə, ABŞ İranın bütün neft sənayesini dağıdıcı hərbi zərbə ilə məhv etməlidir.
İran mətbuatı zərbələrin hədəfini açıqlayıb:
Məhv edilmiş hərbçilər:
- SEPAH-ın Baş Qərargah rəisi Hüseyn Səlami
- SEPAH generalı Qolaməli Rəşid
- Baş Qərargah rəisi Baqeri
Zərərsizləşdirilmiş nüvə alimləri:
- Dr. Fereydun Abbası
- Dr. Məhəmməd Mehdi Tehrançi
- Dr. Əbdülhəmid Minuçehr
Tehranın müxtəlif bölgələrində zərbələr:
- Keytəri
- Niyavəran
- Qərbi Tehran və Çitqar
- Şərqi Tehran
- Mehrabad
- Mahalati
- Şəhid Çamran
- Kamranie bölgəsində yerləşən qüllə
- Saadat Abad
- Əndərzqu
- Səttərxan bölgəsində yerləşən "Orxideya" kompleksi
- Şəhid Dağayeqi qəsəbəsi
- Fərəzadi
- Silahlı Qüvvələrin Baş Qərargahı
- Əli Şəmxaninin iqamətgahı
- Şahrara
- Saadat Abad meydanında yerləşən Müəllimlər kompleksi (sərhəd zonası)
Digər şəhərlər və obyektlər:
- Natanzdakı nüvə obyekti
- Pərçindəki nüvə kompleksi
- Tehranda və Qum əyalətindəki hərbi bazalar
- Xorrəmabad
- Həmədan
- Pərçin
- Qəsr-Şirin
- Təbriz
- Piranşəhr
- Kermanşah
- İlam
- Ərakda yerləşən su obyekti
Gördüyünüz kimi, İsrailin zərbəsi olduqca massiv alındı və bu əməliyyat davam edəcək.
Kamran Cəfərov
TEREF