İran gecə ərzində İsrailə beşinci dəfə raketlə zərbələr endirib

Bu gün, 08:42           
İran gecə ərzində İsrailə beşinci dəfə raketlə zərbələr endirib
İrandan İsrailə növbəti dəfə raketlər buraxılıb, hava hücumundan müdafiə qüvvələri onların qarşısını almağa çalışır.

Oxu.Az-ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF-SAXAL) öz "Telegram" kanalında məlumat yayıb.

İsrailin bəzi bölgələrində hava hücumu sirenləri səslənir.

IDF hücum barədə Bakı vaxtı ilə saat 05:40-da məlumat verib. Saat 06:11-də Müdafiə Qüvvələrinin "Telegram" kanalında İsrail ərazisinə növbəti dəfə raketlərin atılması ilə bağlı mesaj peyda olub.
Bunlar İranın bir gecədə İsrailə atdığı dördüncü və beşinci raket dalğalarıdır. Təl-Əviv, Qüds, Beerşeba, Quş Dan və bir sıra başqa şəhərlər artıq vurulub. İsrail Müdafiə Nazirliyi raketlərin bəzilərinin tutulmadığını təsdiqləyib. İyunun 13-nə keçən gecədən İsrail və İran bir-birinə zərbələr endirir və ölkələr bir-birinə qarşı "Yüksələn aslan" və "Əsl vəd 3" hərbi əməliyyatlarına başlayıblar. IDF nüvə və hərbi obyektlərə, eləcə də yüksək rütbəli hərbçilərə hücum edib. İranda azı 78 nəfər ölüb, 320-dən çox insan yaralanıb. Buna cavab olaraq İran İsrailə bir neçə dəfə raket zərbəsi endirib. Yaralıların sayı 60 nəfəri ötüb. Bir qadın ölüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.