Azərbaycan və Özbəkistan ildə 1 milyard dollarlıq ticarət hədəfləyir

21-06-2025, 11:34           
Azərbaycan və Özbəkistan ildə 1 milyard dollarlıq ticarət hədəfləyir
Azərbaycan və Özbəkistan 2030-cü ilə qədər illik ticarət dövriyyəsinin dəyərinin 1 milyard ABŞ dollarına çatdırılması ilə bağlı razılıq əldə edib.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Özbəkistan Regionlararası Forumunda bildirib.

Onun sözlərinə görə, bu hədəfə çatmaq yalnız ticarətlə deyil, qarşılıqlı investisiya və sənaye kooperasiya layihələrinin artırılması ilə mümkündür: “Bu istiqamətdə bir sıra addımlar atılır”.

Nazir həmçinin deyib ki, ökələrimiz arasında iqtisadi-ticarət münasibətləri davamlı müsbət dinamika nümayiş etdirir: “Bu ilin 5 ayında Özbəkistanla ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfədən çox artaraq 200 milyon ABŞ dollarını ötüb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru