Kreml Putin-Ərdoğan danışığının təfərrüatlarını açıqladı

Bu gün, 11:45           
Kreml Putin-Ərdoğan danışığının təfərrüatlarını açıqladı
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon danışığında Rusiyanın Ukraynada davam edən münaqişənin sülh yolu ilə həllinə hazır olduğunu bir daha təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə Kremlin yaydığı rəsmi bəyanatda qeyd olunub.

Məlumatda qeyd olunub: “Vladimir Putin Ukrayna məsələsini müzakirə edərkən münaqişənin siyasi və diplomatik həllinə dair prinsipial öhdəliyini təsdiqləyib".

Putin, həmçinin Ərdoğana İstanbulda Rusiya-Ukrayna arasında birbaşa danışıqların təşkili və vasitəçilik səyləri üçün təşəkkür edib.

Telefon danışığında tərəflər, həmçinin Rusiya-Türkiyə ikitərəfli münasibətləri və Suriyada vəziyyətin pisləşməsi məsələlərini də müzakirə ediblər. Xatırladaq ki, iki ölkə lideri arasında iyulun 18-də telefon danışığı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru