Neftçi şikayət edir, Etik davranış qaydalarının müvafiq bəndlərini xatırladır, sual verir və cavab gözləyir!

Bu gün, 08:52           
Neftçi  şikayət edir, Etik davranış qaydalarının müvafiq bəndlərini xatırladır, sual verir  və cavab gözləyir!
- Bizim idarə rəisi gənc olmasina baxmayaraq əsəbləri korlanib, efirdə-telefonda bizlərə demədiyi söz qalmayib. İdarədə bir neçə əməkdaşla qirğina çixib. Telefonda deyiləni bir təhər uduruq amma efirdə deyilənləri hami eşidir, tabeçiliyimizdə olan işçilər arasinda hörmətdən düşürük. Həyamiz abrimiz gedib. Bizlərə bir köməklik göstərin xahiş edirik.
Bu qaydanin 4.1.10 maddəsində qeyd olunan tələbləri pozan idarə rəisi hansi məsuliyyətə cəlb olunmali və ya barəsində hansi tədbirlər görülməlidir?
4. Rəhbər vəzifə tutan işçilərin etik davranışına əlavə tələblər
4.1. Rəhbər vəzifə tutan işçi:
4.1.1. rəhbərlik etdiyi struktur bölmənin daxilində yaranan ixtilaf və konfliktlərin qarşısını vaxtında almalı, işçilər arasında xoş işgüzar münasibətlərin təmin edilməsi üçün müvafiq tədbirlər görməli;
4.1.2. tabelikdə olanların bilik və bacarıqlarını nəzərə almaqla onların xidməti vəzifə və səlahiyyətlərinin dairəsini dəqiq müəyyənləşdirməli, onlara icrası mümkün olmayan tapşırıqlar verməməli;
4.1.3. xidməti fəaliyyətin həyata keçirilməsi zamanı meydana çıxa biləcək mümkün etik problemlər barədə tabelikdə olanları qabaqcadan məlumatlandırmalı, bu halda edilməsi dəstəklənən hərəkətlər barədə onları təlimatlandırmalı;
4.1.4. bilavasitə tabelikdə olanların onunla birbaşa əlaqə saxlaması üçün şərait yaratmalı, bu sahədə bürokratik əngəllərə yol verməməli;
4.1.5. tabelikdə olanların bilik, bacarıq və şəxsi keyfiyyətlərini nəzərə alaraq onların vəzifədə irəli çəkilmələri üçün bərabər imkanlar yaratmalı;
4.1.6. tabelikdə olanları hüquqa vəhamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkətlər (hərəkətsizliklər) etməyə və qərarlar qəbul etməyə sövq etməməli;
4.1.7. tabelikdə olanların Qaydalara əməl etmələrinin təmin edilməsi üçün zəruri tədbirlər görməli;
4.1.8. şəxsi maraqlardan irəli gələn məsələlərlə bağlı şəxsən və ya digər şəxslər vasitəsi ilə tabelikdə olanlara təzyiq etməməli;
4.1.9. subyektiv meyarlara əsasən tabelikdə olanlara münasibətdə ayrı-seçkiliyə yol verməməli, güzəştli münasibət göstərməməli və imtiyazlar verməməli;
4.1.10. tabelikdə olanların şərəf və ləyaqətinə, o cümlədən şəxsiyyətinə hörmətlə yanaşmalı, onlarla kobud rəftara, əsassız tənqid və ittihamlara yol verməməlidir.
Mirvari Gahramanli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru