“MSDIS Holding”ölkədən nə qədər valyuta çıxarıb

Dünən, 08:48           
“MSDIS Holding”ölkədən nə qədər valyuta çıxarıb
“MSDIS Holding” MMC valyuta əməliyyatları ilə bağlı qanun pozuntularına görə ümumilikdə 20 min ABŞ dollarına yaxın məbləğdə cərimələnib.


TEREF xəbər verir ki,qaynarinfo-nun əldə etdiyi məlumata əsasən, şirkət 2023-cü ildə müxtəlif tarixlərdə ölkə xaricinə avans şəklində külli miqdarda vəsait köçürsə də, bu vəsaitlərə qarşılıq olan malları və ya xidmətləri iki il müddətində idxal etməyib və ya vəsaiti geri qaytarmayıb:

* 5 iyun 2023-cü ildə – 46.345,36 ABŞ dolları
* 21 iyun 2023-cü ildə – 41.993,93 ABŞ dolları

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi (avansla ödənilmiş valyutanın müqabilində malların və ya xidmətlərin idxal edilməməsi və vəsaitin geri qaytarılmaması) əsasında şirkətə qarşı bir neçə inzibati iş açılıb.

Məhkəmənin qərarı ilə şirkət qeyd olunan inzibati xətəni törətməkdə təqsirli bilinib və hər iki köçürmə üzrə 20% həcmində cərimə tətbiq edilib:

* 46.345,36 ABŞ dollarının 20%-i – 9.269,07 ABŞ dolları
* 41.993,93 ABŞ dollarının 20%-i – 8.398,79 ABŞ dolları
* Ümumi cərimə məbləği 17.667,86 ABŞ dolları təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru