Bütün addımlarını Qərblə koordinasiya edən Paşinyan, Qərbin təşəbbüsü olmadan bu dərəcə Pezeşkianı qaldırıb, Xameni və ətrafını endirən zəngi və söhbəti Pezeşkianla etməzdi

Bu gün, 11:14           
Bütün addımlarını Qərblə koordinasiya edən Paşinyan, Qərbin təşəbbüsü olmadan bu dərəcə Pezeşkianı qaldırıb, Xameni və ətrafını endirən zəngi və söhbəti Pezeşkianla etməzdi
Bu da maraqlı və ümumi əhəmiyyətli xəbərdir. Ermənistanın baş naziri Nikol Paşinyan İranın prezidenti Məsud Pezeşkiana zəng edib onunla telefon danışığı aparıb.
Paşinyan Vaşinqtonda keçirilən sülh sammiti nəticələrini prezident Pezeşkiana təqdim edib, Ermənistanla Azərbaycan arasında yaradılmış sülhün region üçün açdığı imkanları vurğulayıb.
Baş nazir bildirib ki, regional kommunikasiyalar ölkələrin ərazi bütövlüyü, suverenliyi və həm də qanunvericilik prinsipləri çərçivəsində, eləcə də qarşılıqlılıq prinsipi əsaslı fəaliyyət göstərəcək.
Paşinyan xüsusilə, Pezeşkiana Vaşinqtondakı razılaşmaları obyektiv qiymətləndirdiyinə görə təşəkkür edib, İran prezidentinin Ermənistana gözlənilən səfərinin əhəmiyyətini vurğulayıb.
Ona diqqət edək ki, Paşinyan Azərbaycan türkü əsilli İran prezidenti Pezeşkiana xüsusi ilə zəng vurub Vaşinqton sammiti barədə məlumat verir, ona, bu sammiti müsbət qiymətləndirdiyi üçün xüsusi təşəkkür edir. Halbu ki, İran dini lideri və dövlətin başçı rəhbəri Xamenei, onun müşaviri Vilayəti və əksər İran dini, hakimiyyət xadimləri bu görüşü və "Zəngəzur Koridoru" planını, hərbi müdaxilə etmə təhdidi ilə pis qiymətləndiriblər.
Üstəlik, söhbət zamanı Paşinyan Pezeşkianın Ermənistana qarşıdakı səfərini də, alqışlamış.
Nəticə. Bütün addımlarını Qərblə koordinasiya edən Paşinyan, Qərbin təşəbbüsü olmadan bu dərəcə Pezeşkianı qaldırıb, Xameni və ətrafını endirən zəngi və söhbəti Pezeşkianla etməzdi. Xüsusilə də 12 gün İran müharibəsindən sonra Pezeşkianı bu kimi önəm verib işıqlandırıb irəli çəkmə siyasəti ilə, görünür ki, Qərb Pezeşkianı İrandakı teokratik (dini) rejimin yanlış siyasəti ilə razılaşmayan və bu rejimi əvəzləyə biləcək, dünyəvi baxışlı lider görür. Necə türk dövlətləri və xalqları Pezeşkianı İranda layiqli lider görür.
Ilqar Altay
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru