Arı sancması bu şəxslər üçün ÖLÜMCÜL ola bilər — Həkimdən XƏBƏRDARLIQ

Bu gün, 11:16           
Arı sancması bu şəxslər üçün ÖLÜMCÜL ola bilər —
Arılar bitkilərin tozlanmasında əvəzsiz rol oynayırlar, həmçinin, insan orqanizmi üçün vacib vitaminlərlə zəngin bal istehsal edirlər. Lakin onların müdafiə mexanizmi olan sancma, bəzi insanlar üçün sadəcə keçici narahatlıq deyil, həyati təhlükə yarada bilən ciddi bir vəziyyətə çevrilə bilər.

Adətən arı sancması yerli şişlik, ağrı və qızartı ilə müşayiət olunsa da, allergiyası olan şəxslərdə bu hadisə sürətlə ağırlaşaraq ölümcül nəticələr doğura bilər.

Bəzi insanlar var ki, arı südü tərkibli kosmetik məhsul istifadə edəndə belə onların səhhəti pisləşir.

Mövzu barədə Bizim.Media-ya danışan tibb üzrə ekspert, həkim-terapevt Rasif Bağırov deyib ki, bütün həşərat sancması zamanı insan orqanizmi müxtəlif reaksiyalar verir:

“Təkcə arı yox, bütün həşəratların sancmasına görə insanın bədənində müxtəlif reksiyalar meydana çıxır. Çünki onların ağız suyu ilə insanın bədəninə neştəri vasitəsilə yeritdiyi hər hansı maddə insan bədəni üçün yad cisim hesab olunur. Orqanizmə daxil olmuş yad cisimlə insan orqanizminin həmin yad cismə verdiyi reaksiya, yəni yaratdığı antitellər qarışıqlı şəkildə bir-biri ilə mübarizəyə girirlər.

Həmin mübarizəni insan ölümü üçün təhlükəli olmayan səviyyədə tənzimləyən immun sisteminin supressor immun sistemi olmayanda xəstələr şoka düşür, ölürlər. Çünki o iki maddə arasında gedən mübarizəni supressor immun sisitemi tənzimləməlidir ki, ondan insan əziyyət çəkməsin. O funksiya çatmayanda ölümlə nəticələnir, bunun da olub olmamasını müəyyən etmək mümkün deyil”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru