Rusiyalı yazıçı Dmirti Bıkov beynəlxalq axtarışa verildi
Bu gün, 11:46
Rusiya hökuməti yazıçı Dmirti Bıkovu beynəlxalq axtarışa verib. Bununla bağlı RİA Novosti xəbər verir.
Bildirilir ki, Bıkov barəsində qiyabi həbs qərarı da çıxarılıb.
Qeyd edilir ki, rusiyalı yazıçı ordu haqqında saxta məlumatlar yaymaq və xarici agent öhdəliklərini yerinə yetirməkdən yayınma maddələri üzrə ittiham edilir.