Ramiz Rzayev vergi borcunu ödəmir?

Bu gün, 11:08           
Ramiz Rzayev vergi borcunu ödəmir?
Rusiyanın “Pera Plastik Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin vergi borcu 10 milyona çatır.
TEREF xəbər verir ki, MMC-nin dövlətə külli miqdarda vergi borcu yaranıb.
İllər keçsə də, MMC borcunu ödəmir.
Nizamnamə kapitalı sıfır manat olan şirkətin qanuni təmsilçisi Rzayev Ramiz Bilal oğludur.
Maraqlıdır ki, Ramiz Rzayev həmçinin “Kasxim” Məhdud Məsuliyyətli Ortaqlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin də qanuni təmsilçisidir. Bu şirkətin də 800 min manatdan çox vergi borcu var. Ramiz Rzayevin qanuni təmsilçisi olduğu “Kasxim” şirkəti 2023-cü ildə 2 milyondan çox olan vergi borcunu azalda bilib.
Hazırda Ramiz Rzayevin iki şirkət üzrə vergiyə olan borcu 10 milyon manatdan çoxdur.
Bundan başqa, Ramiz Rzayevin qanuni təmsilçisi olduğu şirkətlərdən biri də “PERA INDUSTRIES” MMC-dir. Bu MMC ilə bağlı isə diqqət çəkən başqa məqam var. Belə ki, MMC-nin nizamnamə kapitalı 64 milyon manat olduğu halda birdən-birə 12.5 manata qədər azalıb.Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru