Mikroplastik təhlükəsi: Qida, su və geyim seçimində nəyə diqqət etməliyik?

Bu gün, 11:16           
Mikroplastik təhlükəsi:
Plastik və sintetik materiallardan hazırlanan qablar, geyimlər və digər məhsullar gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin ekspertlərin sözlərinə görə, bu materialların tərkibindəki mikroplastiklər zamanla orqanizmdə yığılaraq ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Qida və su qablarından tutmuş geyim seçiminə qədər bir çox məqamda ehtiyatlı davranmaq, təbii alternativlərə üstünlük vermək vacibdir.

Mikroplastiklərin insan sağlamlığına uzunmüddətli təsirlərini minimuma endirmək üçün gündəlik həyatımızda hansı əsas addımları atmalıyıq?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki,
təəssüflə qeyd etmək istəyirəm ki, plastik qablardan hazırlanan qida və su qabları, eləcə də geyimlərin əksəriyyətində istifadə olunan bir çox sintetik məşəli xammal var ki, bunlar da mikroplastiklərdən hazırlanır.

M. Hüseynovanın sözlərinə görə, demək olar ki, bu həyatımızın hər sahəsində bizi əhatə edir. Belə olan halda da sağlamlığımıza zərər vurur. Bu bir dəfə ilə deyil, orqanizmdə yığılaraq müəyyən bir zamandan sonra artıq öz təsirini göstərir. Nəzərə almaq lazımdır ki, bu gün iqlim dəyişmələri ilə bağlı, eləcə də plastik kütlələrin ekosistemə, biosferə vurduğu zərərləri də göz önünə alaraq dünyada keçirilən qlobal tədbirləri nəzərə alaraq mütləq şəkildə həyatımızın hər bir sahəsində plastik istifadəsini azaltmalıyıq. Birinci növbədə nəzərə almaq lazımdır ki, aldığımız qidalarda bəzən öncədən plastik qablarda satışa verilir. Bunların daşınması, saxlanması, birdəfəlik istifadə kimi olsa da bəzən ondan gündəlik və uzun müddət istifadə olunur. Bir çox hallarda həmin məhsullar qısa bir məsafəyə daşınmaq üçün nəzərdə tutulsa da evdə qidalarımızı günlərlə həmin plastik qablarda saxlayırıq. Bu da temperatur rejimi dəyişdikdə, yüksək olduqda həmin plaktik qabların tərkibindəki mikroplastiklər yeməyə və suya qarışaraq insan orqanizminə keçir. Ona görə də bunları azaltmaq üçün aldığımız qidaların təzə və təbii olmasına diqqət etməliyik. Əgər plastik qablarda alsanız, evə gəldikdə dərhal boşaldılıb qida üçün yararlı digər qablarda saxlanılmasını təmin etməliyik.

Xüsusilə su daha çox plastik qablarda istifadə olunur. Yaxşı olardı ki, onlardan mümkün qədər az istifadə edək. Əgər plastik butulkadan istifadə edəcəyiksə, onun soyuq temperaturda saxlanıldığını, yüksək istiliyə, günəş işığına məruz qalmayan yerdən almağa diqqət etməliyik. Aldıqdan sonra yalnız bir dəfə istifadə edib atılmasını təmin etməliyik ki, bu da ənənəvi məsələlərdən biridir. Geyim və parçalar seçərkən daha çox təbii parçalardan hazırlananlara üstünlük verməliyik. Çünki sintetik geyimlər, hətta ən yüksək qiymətə satılan brendlər belə, artıq təbiətə fayda vermək adı ilə pambıqdan, təbii iplərdən deyil, plastik və təkrar emaldan hazırlanan geyimləri ortaya çıxarıblar ki, bu da dünyanın inkişaf etmiş ölkələrində bir neçə ildən sonra biz təbiət dostu olaraq plastiklərdən geyimlər geyinəcəyik. Lakin nəzərə almaq lazımdır ki, sintetik geyimlər mikroplastikləri daha çox yaymağa başlayır. Ona görə də bu məqamda pambıq, kətan, yundan hazırlanan geyimlərimizi qorumalıyıq. Alarkən də israfa yol verməməliyik.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru