"Google" bu şirkətlərə 30 milyon avro ödəyəcək - Cərimələndi
Bu gün, 17:14

“Google” rəqabəti məhdudlaşdıran sazişlərə görə 30 milyon avro cərimələnib.
“Google” Avstraliyanın ən böyük iki telekommunikasiya şirkəti - “Telstra” və “Optus” ilə bağladığı rəqabəti məhdudlaşdıran sazişlərə görə 55 milyon Avstraliya dolları (təxminən 30,1 milyon avro) məbləğində cərimələnib.
Avstraliya Rəqabət və İstehlakçı Komissiyasının (ACCC) açıqlamasına görə, sözügedən sazişlər nəticəsində bəzi “Android” telefonlarda yalnız “Google Search” əvvəlcədən quraşdırılıb, rəqib axtarış sistemlərinin istifadəsi isə qadağan olunub. Bunun müqabilində telekom şirkətləri “Google”un həmin müştərilərdən əldə etdiyi reklam gəlirlərindən pay alıb.
Komissiya bildirib ki, Sinqapurda qeydiyyatda olan “Google Asia Pacific” barəsində Avstraliya Federal Məhkəməsində işə başlanılıb. Məhkəmə 50 milyon Avstraliya dolları (təxminən 27,9 milyon avro) məbləğində cərimənin hüquqiliyinə qərar verəcək. “Google” rəqabəti məhdudlaşdıran bu sazişlərin “əslində bazarda rəqabəti əhəmiyyətli dərəcədə azaltdığını” qəbul edib. Şirkət həmçinin gələcəkdə “Android” telefon istehsalçıları və telekom operatorları ilə müqavilələrində axtarış sistemlərinə məhdudiyyət qoymamaq barədə məhkəmə tərəfindən təsdiqlənmiş öhdəlik götürüb.
Həmçinin, ACCC sədri Gina-Cass Gottlieb bildirib ki, rəqabəti məhdudlaşdıran hərəkətlər Avstraliyada qanunsuzdur, çünki bu, adətən istehlakçılar üçün daha az seçim, daha yüksək qiymət və daha zəif xidmət deməkdir.