İspaniyada istilər 2600-dən çox insanın həyatına son qoyub
Bu gün, 17:58
Mayın 15-dən avqustun 18-dək İspaniyada yüksək temperaturla bağlı 2635 vaxtından əvvəl ölüm halı qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40% çoxdur.
Bu barədə larazon.es III Karlos İnstitutunun Ölümün Gündəlik Monitorinq Sisteminə (MoMo) istinadən məlumat yayıb.
İnstitutun məlumatına görə, ölüm hallarının demək olar ki, yarısı - 1149 hadisə avqustun 3-dən 18-dək olan istilər zamanı baş verib.
Kanar adalarında yayda 51 ölüm hadisəsi qeydə alınıb, onlardan 15-i avqustda, 36-sı iyulda olub.
İstilikdən ölənlərin böyük əksəriyyəti 65 yaşdan yuxarı şəxslərdir.
Sistemə əsasən, cinslərə görə ölənlərdən 1579 nəfər qadın, 1056 nəfər kişi olub.