Karyeranızı yüksəldəcək 9 zehni model – Uğur açarınız ola bilər

Bu gün, 17:34           
Karyeranızı yüksəldəcək 9 zehni model – Uğur açarınız ola bilər
Həyatımız boyu düşüncələrimizdə müəyyən şablonlardan, yəni zehni modellərdən istifadə edirik. Bu modellər bizə dünyanı anlamaqda, problemləri həll etməkdə və qərar verməkdə kömək edir. Sadə bir nümunə: vurma əməliyyatı. 10×4 dedikdə 10 dəfə 4-ü toplamağa ehtiyac qalmır, çünki beynimiz bu prosesi daha sadə və sürətli yolla həll edir.

Eyni qayda həyatın hər sahəsində işləyir - işdə, təhsildə, şəxsi həyatda.

Valyuta.az bu yazıda sizə gündəlik həyatda, karyeranızda və işinizdə istifadə edə biləcəyiniz faydalı zehni modelləri təqdim edir:

Əsas prinsiplər

İlon Mask avtomobil və kosmik sənayelərə böyük yeniliklər gətirən bir şəxsdir. Onun ən önəmli zehni modeli əsas prinsiplərdən hərəkət etməkdir. Yəni fizika və riyaziyyatdan bildiyimiz və doğruluğuna əmin olduğumuz qaydalardan çıxış etmək İlon Maskın əsas fəlsəfəsidir. Bu yanaşma böyük problemləri kiçik hissələrə ayırmağı, yeni cavablar və yeni ideyalar tapmağı təmin edir.

Mask kosmik sahəyə daxil olduqda, ilk olaraq alüminium və mis kimi raket istehsalı üçün lazım olan materialların qiymətlərini nəzərdən keçirdi və raket istehsal xərclərini mümkün qədər aşağı salmağı bacardı. Digər şirkətlər raketləri tək parça halında istehsal etdikləri üçün xərc olduqca yüksək idi. İlon Mask bu üsulu qəbul etmədi və yeni qaynaq üsulu ilə hissələri birləşdirərək xərci təxminən 80% azaltdı. Bu kimi bir çox sahədə oxşar metodlar tətbiq edərək raket və kosmik sənayedə inqilab yaradacaq yeniliklərə imza atdı.

İxtisaslaşma dairəsi

Karyerada uğur və qazanc üçün ən önəmli strategiyalardan biri ixtisaslaşma dairəsidir. Uorren Buffet və Çarlz Munger kimi investisiya nəhəngləri bu konsepsiyanı belə izah edirlər:
“İxtisaslı olduğunuz sahəni yaxşı bilin və bu sahədə hərəkət edin. Bu sahənin böyüklüyü vacib deyil. Vacib olan bu sahənin sərhədlərini bilməyinizdir”.

Yəni bu düşüncə tərzi ilə səyinizin ən çox fayda verəcəyi sahələri bilər və buna uyğun hərəkət edərsiniz. Bildiyiniz işi görün. Gördüyünüz işi isə çox yaxşı bilin.

Feynman texnikası

Öyrənməyi necə öyrənmək olar?

Bill Qeyts, Nobel mükafatlı fizik Riçard Feynmanı dünyanın ən yaxşı müəllimi hesab edir. Feynman fizika sahəsində olduğu qədər, öyrənmə və bacarıq qazanma sahəsində də etdiyi işlərlə tanınır.
Feynmana görə insan seçdiyi mövzunu çox yaxşı öyrənməli və bu mövzunu 10 yaşında bir uşağın başa düşəcəyi səviyyədə izah edə bilməlidir. Əgər bir mövzu 10 yaşlı uşağın anlayacağı şəkildə izah edilə bilmirsə, həmin mövzunu yenidən öyrənmək lazımdır. Bu proses belə davam etməlidir.

Peşmanlıq ehtimalı

“Amazon”un qurucusu Cef Bezos hazırda dünyanın ən zəngin insanlarından biridir. Cef Bezos peşmanlıq ehtimalını ortadan qaldırmaq üçün kifayət qədər yaxşı olan işindən istefa verdi və “Amazon”u qurdu. O dövrdə “Amazon”un bu qədər böyüyəcəyini heç düşünmürdü, lakin öz arzusunun arxasınca getməsəydi, 80 yaşında ikən çox peşman olacağını bilirdi. Siz də peşmanlıq ehtimalından qorxursunuzsa, məntiqinizin və daha önəmlisi ürəyinizin arxasınca gedin.

Yenidən çərçivələmə

Bir suala cavab tapmaqda çətinlik çəkirsinizsə, etməli olduğunuz ən yaxşı şey durumu yenidən çərçivələməkdir. Məsələni fərqli tərəflərdən nəzərdən keçirdikcə problemin görmədiyiniz tərəflərini də görməyə başlayırsınız və suala yeni cavablartapmağa başlayırsınız.

Məsələn, koronavirus dövründə pandemiyadan nə öyrəndiyinizi düşünün. Pandemiya hər kəsi, bütün insanları, bütün sektorları sarsıtdı. Lakin fəryad etməyin heç bir faydası olmadığını anlamaq və bu prosesdə qazandığınız yeni təcrübələrlə həyatınıza davam etmək lazımdır. Yenidən belə böyük bir hadisə baş verərsə, nələri edəcəyinizi, nələri etməyəcəyinizi bilməlisiniz.

Əlçatanlığın rahat olma yalnışlığı

Nobel mükafatlı psixoloq Daniel Kahneman tərəfindən ortaya atılmış bu anlayış bizə belə deyir:

Qərar verərkən o an üçün ən asan xatırladığımız məlumatlardan çıxış edirik. Yəni həmin anda olan əhval-ruhiyyəmiz və düşüncə tərzimiz verdiyimiz qərarlar üzərində çox təsirlidir. Buna görə ani qərar vermək əvəzinə, keçmişdən bu günə qədər bir qiymətləndirmə aparmaq, keçmiş məlumatlara baxmaq, qeydlərinizə nəzər salmaq daha az səhv etməyinizə kömək edər.

Edən - gözləyən yanılgısı

İnsanları müşahidə edərkən onların hərəkətlərinin daxili səbəbləri olduğunu düşünürük. Ancaq öz hərəkətlərimizin xarici səbəblərdən qaynaqlandığını hesab edirik.

Məsələn, biri qırmızı işıqda keçibsə, bu şəxsi pis biri, insanların həyatını təhlükəyə atan biri hesab edirik. Lakin özümüz qırmızı işıqda keçdiyimiz zaman “Onsuz da yolda heç kim yox idi. Heç kimin həyatını təhlükəyə atmadım” kimi bəhanələr gətiririk. Bu cür ziddiyyət insanın karyerasında və münasibətlərində yanlış qərarlara və yanlış mühakimələrə səbəb olur. Buna görə insanları qiymətləndirərkən onların da vəziyyətə görə hərəkət etdiyini unutmamaq lazımdır.

Pozitiv düşünməmək

Steven Sample “The Contrarian’s Guide to Leadership” adlı kitabında ani mühakimələrdən, tələsik qərar verməkdən uzaq durmağı tövsiyə edir. Dünyanı ağ-qara ziddiyyətlər kimi deyil, bozun tonları ilə görmək lazımdır. Buna görə ilk ağla gələn fikrin doğru olduğuna inanmayın; qərar verməzdən, nəsə satın almadan əvvəl düşünün, məlumat toplayın və səthi düşüncələrin o tayına keçin.

Sıfıra vurmaq

Bir rəqəm nə qədər böyük olursa olsun, sıfırla vurulduqda bütün dəyərini itirir. Dolayısı ilə bədən və ruh sağlamlığınıza diqqət etmədiyiniz müddətcə karyeranızda və münasibətlərinizdə uğurlu olmanız mümkün deyil. Stress, yuxusuzluq, sağlam olmayan qidalanma, hərəkətsizlik, depressiya kimi hallar iş həyatında məhsuldar olmağı qeyri-mümkün edir. Bu səbəbdən həyatınızı bir anda sıfıra endirəcək riskli davranış və vərdişlərdən uzaq durmaq çox önəmlidir.

Karyeranızda və həyatınızda fərqində olmanız lazım olan bəzi zehni modelləri izah etdik. Bu modellərdən sizə ən çox təsir edəni, ən çox ehtiyacınız olduğunu hiss etdiyiniz modeli müəyyənləşdirin. Bu modelin detallarını, tələblərini, nümunələrini öyrənin və məlumat sahibi olun.

Seçdiyiniz modelin tələblərini bir kağıza yazın və bu kağızı iş masasınıza asın. Beləliklə, beyninizin sizə oyun oynamasının qarşısını alarsınız, hər dəfə bu kağıza baxanda davranışlarınızın və münasibətlərinizin nəticələrini görərsiniz.

Bu modellərdən bir neçəsini eyni anda sınamaq da faydalı olacaq. Məsələn, sizə fayda verəcəyini düşündüyünüz 3 modeli seçin və karyeranızda qarşılaşdığınız hallarda bu modelləri tətbiq edin.
Sözügedən modellər üzərindən karyeranızı düşünün.

Nələr edirsiniz? Karyeranız hansı istiqamətə gedir? İstədiyiniz karyera yoluna girmək üçün nələr edə bilərsiniz? Hansı sahələrdə dəstəyə ehtiyacınız var? Bu yolda irəliləmək üçün başqa hansı modellər sizə kömək edə bilər? Bu məsələlər üzərində düşünmək üçün özünüzə vaxt ayırın.

Son olaraq, bu modelləri real həyata keçirməkdə uğur qazandığınızı hiss etdiyiniz zaman həyat yoldaşınızı, iş yoldaşınızı da bu prosesə daxil edin. Ona bu modellərin faydalarını izah edin, onun da öz karyerasında irəliləməsinə kömək edin. Uğurunuzu və biliklərinizi nə qədər çox paylaşsanız, tətbiq etdiyiniz modellərdə də o qədər ustalaşarsınız.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru