Avtomobillər üçün ağıllı stəkan altlığı ixtira edildi

Bu gün, 16:58           
Avtomobillər üçün ağıllı stəkan altlığı ixtira edildi
"Bentley" tezliklə öz avtomobillərini süni intellekt elementləri olan adaptiv stəkan altlığı ilə təchiz etməyə başlayacaq.
Bu barədə "CarBuzz" məlumat yayıb.

Məlumata görə, Britaniya markası artıq yeni ixtirasını patentləşdirib.

"Bentley" qeyd edib ki, avtomobillərdəki stəkan altlıqlarının böyük əksəriyyəti standart ölçülərə malikdir, onlara qoyulan qablar isə çox müxtəlif ölçülərdə ola bilər.

Şirkətin yeni texnologiyası əsasında stəkan altlıqlarının dərinliyini müxtəlif qablara uyğunlaşdırmaqla dəyişdirmək olar.

Bundan əlavə, altlığın qapağı elektriklə çalışacaq. O içki qabının aşmasının qarşısını alaraq bağlana biləcək. Həmçinin patentdə istilik və soyutma funksiyaları da qeyd olunur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru