Hindistanın ən çox axtarılan cinayətkarlarından biri Azərbaycanda tutulub - TƏFƏRRÜAT

Bu gün, 17:47           
Hindistanın ən çox axtarılan cinayətkarlarından biri Azərbaycanda tutulub - TƏFƏRRÜAT
“Yaxın günlərdə Azərbaycan Hindistanda ən çox axtarışda olan cinayətkarlardan biri, ötən il Bakıda saxlanılan Mayank Sinqi ölkəsinə ekstradisiya edəcək”.
Yeniavaz.com “News 11 Bharat”a istinadən xəbər verir ki, onun ekstradisiyası ilə bağlı Hindistanın Terrorla Mübarizə Qrupunun üç nəfərdən ibarət zabit heyəti artıq Azərbaycana gəlib.
Ekstradisiya avqustun 22-23-nə təyin edilib.
Qeyd edilir ki, bu ilin martında Azərbaycan Hindistan tərəfinin müraciətini rəsmən təsdiqləyib. Sunil Mina kimi tanınan Sinqin çoxsaylı cinayətlərdə iştirakına dair sübutlar İnterpol vasitəsilə təqdim edilib.
Sinq İnterpol xətti ilə beynəlxalq axtarışa verilib. Onun tanınmış kriminal avtoritet Lourens Bişnoi ilə əlaqələri də daxil olmaqla, uzun cinayət keçmişi olub. Hindistandan qaçmazdan əvvəl Sinq Racastan, Pəncab və Haryana ştatlarında cinayətlər törədib, xaricdə isə onlayn zənglər vasitəsilə iş adamlarını hədələməyə davam edib. O, sosial şəbəkədə silahla fotolar yerləşdirərək fəaliyyətini açıq nümayiş etdirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru