Lənətlənmiş Bakı nəqliyyatı - Sektorun uğrunda amansız savaş
22-11-2016, 02:01
"Yağışdan çıxdıq, yağmura düşdük” Gələn ay Nazirlər kabinetinin tərkibində Bakı nəqliyyat agentliyinin yaranmasının bir ili tamam olacaq. O qədər də uzun müddət sayılmasa da, Bakının nəqliyyat sisteminin tənzimlənməsini və effektliyini artırmaq kimi vacib aspekt üçün bu struktura verilən səlahiyyətlər idarənin fəaliyyətindəki nüanslara diqqət yetirməyə məcbur edir. Ötən gün Bakı Nəqliyyat Agentliyi yol-nəqliyyat infrastrukturundakı problemlərin həlli üçün işçi qrupu yaratmaq barədə qərar qəbul etdi. İdarənin baş direktoru Vüsal Kərimli bəyan etdi ki, işçi qrupunun effektiv işləməsi üçün xüsusi tədbirlər planı hazırlanacaq. Bakının baş nəqliyyatçısı işçi qrupu yaratdığı gün səhər saatlarında "Koroğlu” metro stansiyası yaxınlığında "Bakubus”ın təqribən 200 nəfər sərnişini "1” ə "13” nömrəli marşrut avtobuslarını yarım saatdan çox gözləmək məcburiyyətində qalıblar. Dispetçer vəziyyəti yollarda olan tıxacla izah etdib. Sərnişinlər isə avtobusları küləyin altında, açıq meydançada gözləməli olublar. Bu meydança əvvəlcədən dayanacaq kimi nəzərdə tutulmayıb və talvar qurulmaq planlaşdırılmayıb. Burda hətta zibil qabları da yoxdur. Bir neçə ay əvvəl Vüsal Kərimli özü Bakı qəsəbələrinə avtobusların çıxdığı "Alov” parkının yaxınlığındakı bu əraziyə baş çəkmək lütfünü göstərmişdi. Güman ki, hər gün işə bahalı xidməti avtomobili ilə gedən Vüsal Kərimli leysan yağışları və sərt küləyin altında, pis hava şəraitindən qorunmaq mümkün olmayan, yaşlı insanlar üçün oturmağa belə yer qoyulmayan dayanacaqda sərnişinlərin avtobusu necə gözlədiyini düşünmür. Nəqliyyat sistemini yaxşılaşdırmaq üçün fəaliyyətə başlayan bu məmurlar bəlkə azacıq da olsa sərnişinlərin komfortu barədə düşünsünlər? Yoxsa onların "kübar” başları sehrli çubuğun köməyi ilə özləri tərəfindən yaradılan nəqliyyat problemini bir hərəkətlə həll etmək barədə arzulara qarışıb? İnformasiya texnologiyalarının inkişafı dövründə bütün strukturlar ümumdünya şəbkəsində görünməyə can atlır. Bakı Nəqliyyat Agentliyi bu məsələdə tələsməmək qərarına gəlib və idarənin "http://www.bna.gov.az” internet səhifəsi hələ də(!) hazırlanma mərhələsindədir. Bu səbəbdən sərnişinlər sadə olmayan nəqliyyat vəziyyəti ilə tanış olmaq məsələsində məmurlara ancaq 141 qaynar xətti ilə əlaqə yarada bilərlər. Hər gün şükr etmək lazımdır ki, BNA bu nömrəni avtobusların arxa şüşəsinə yapışdırıb. Hətta BNA bir çox avtobusların salonuna kameralar quraşdırıb. Amma bu yenilik mövcud problemləri həll edəcəkmi? Qapıları açıq, pilləkənində də sərnişinlər sallaşan dolu avtobuslar əvvəl necə hərəkət edirdilərsə, indi də o cür davam edirlər. Yoldaş Kərimli, bəs o zaman BNA nə üçün yaradılıb? BNA özünü təmizə çıxarmaq üçün avtobus dayanacaqları quraşdırmaq səlahiyyətinin olmadığını deyə bilər. Ancaq görünən budur ki, məmurlar çörəkli yer uğrunda didişdiyi bir vaxtda sadə vətəndaşlar əziyyət çəkir. BNA tərəfindən optimal marşrutların təyin edilmə prossesi də az baş ağrısı vermir. BNA tərəfindən bir neçə marşrutun bağlanması, sonra isə qəflətən qərarını dəyişdirməsi təcrübəsi artıq gülünc vəziyyətə çevrilib (http://m.apa.az/az/iqtisadiyyat-xeberleri/infrastruktur/baki-neqliyyat-agentliyi-bir-nece-gun-once-verdiyi-qerari-niye-legv-edib-arasdirma). BNA "Bakubus” şirkətinə yer işğal etmək üçün şəxsi marşrut sahibkarlarını bezdirdikcə yenə də yaranmış vəziyyətdə uduzan sərnişinlərdir. Nəticədə insanlar tranzit marşrut xəttlərindən istifadə edərək daha çox zaman və pul xərcləmək məcburiyyətində qalırlar. (Vesti.az) Vüsal Kərimli və məmurları eyni vəziyyəti dünən də təkrarlayıblar. "14” nömrəli marşrutun son dayanacağı "Xətai” metro stansiyasından "28 may” metro stansiyasına dəyişdirilib. Metropolitendən istifadə etmədən "Xətai” metrosuna getmək istəyən sərnişinlər üçün və eyni zamanda "Xətai”dən "28may”a getmək istəyənlər üçün bu optimal marşrut idi. İndi sərnişinlər aztutumlu "32” və "4” nömrəli avtobuslardan istifadə etmək məcburiyyətində qalacaqlar. Deməli, bu marşrutlar dolacaq. Ya da ki, sərnişinlər metropolitenin xidmətindən istifadə etmək məcburiyyətində qalacaqlar. Bu isə zaman itkisidir. Çünki "Xətai” və "Cəfər Cabbarlı” stansiyaları arasında hərəkət edən qatarlar 10 dəqiqəlik intervalla işləyirlər. Eyni zamanda stansiyadan stansiyaya keçmək, qatara minmək də, 5-10 dəqiqə əlavə vaxt deməkdir. Sınaq və səhvlər üsulu ilə marşrutların "optimallaşdırılması” üzrə təcrübələr Bakıda kütləvi şəkildə 2015-ci ildən həyata keçirilir . Bununla belə KİV-ə marşrutların dəyişməsi barədə informasiyalar vaxtında verilmir, nəticədə yüzlərlə adam ya avtobusunu gözləyərək, ya da yalnış marşrut istiqamətində getməklə işə, gedəcəyi ünvana gecikir. Suallar və problemlər çoxdur, cavab isə aydındır: 1 illik fəaliyyəsizlik!
gundelik baki.com