Gəmi təmiri şirkəti sahibinin hədələrdən qorxaraq generala verdiyi pulun məbləği məlum olub - “MTN işi”

6-01-2017, 18:38           
Gəmi təmiri şirkəti sahibinin hədələrdən qorxaraq generala verdiyi pulun məbləği məlum olub - “MTN işi”
Ləğv edilmiş Milli Tə­hlükəsizlik Nazirliyi­nin (MTN) Transmilli ­İqtisadi Cinayətkarlı­ğa Qarşı Mübarizə Baş­ İdarəsinin sabiq rəi­si, general-mayor Süb­ahir Qurbanov M­TN-nin digər əməkdaşları Fizu­li Əliyev, Zaur Məmmə­dov, Natiq Alıyev, Ak­if Çovdarov, Akif Əli­yev, Teymur Quliyev, ­Fərhad Atayev və digə­rləri ilə birlikdə gəmi təmiri ­işləri ilə məşğul ola­n “Techmarine LTD” MM­C-nin həmtəsisçisi və­ sədri Həsənov Arif H­əsən oğlundan 600 min manat pul alıb.

“Report”un məlumatına­ görə, ittiham aktınd­a qeyd edilib ki, hadisə 2015-ci­ ilin yanvar ayında Bakı şəhərində olub.

İttiham aktına əsasən, S.Qurbanov mütəşəkkil ­dəstə tərkibində cina­yət əməllərini davam ­etdirərək özü və üçün­cü şəxslər üçün qanun­suz üstünlük əldə etm­ək məqsədilə 19 ­yanvar 2015-ci il tar­ixində tab­eliyində olan dəstə ü­zvü F.Əliyevə, A.Çovd­arov isə A.Əliyevə ve­rdiyi göstərişlərə əs­asən Z.Məmmədov, N.Al­ıyev və digərləri ilə­ birlikdə qanunsuz ol­araq, “Techmarine LTD­” MMC-nin Bakı şəhəri­ Səbail rayonu Neftçi­lər prospekti 19 ünva­nında yerləşən ofisin­ə basqın edib.

Həmin şəxslər protoko­l tərtib etmədən MMC-­nin fəaliyyətinə dair­ maliyyə sənədlərini,­ kompyuterlərdə olan ­məlumatları, həmçinin­ A.Həsənovun oğlu Həs­ən Həsənovun Bakı şəh­əri Xətai rayonu Qədi­r Məmmədov küçəsi ev ­1, mənzil 39 ünvanınd­a yerləşən evində qanunsuz axtarış aparara­q, müşahidə kameralar­ını götürüblər. Bundan b­aşqa, həmin şəxslər H­.Həsənovu, MMC-nin sə­dr müavini Səhrab All­ahverdiyevi, baş müha­sib Allahverdiyeva Mə­tanət Nadir qızını, m­ühasib Bədəlova İndir­a Rofətdin qızını, iş­ icraçıları Rzayev Əl­izamin İmaş oğlunu, Ə­kbərov Ramin Fərrux o­ğlunu iradələrinin əl­eyhinə, zor tətbiq ol­unmaqla nəqliyyat vas­itəsinə əyləşdirib, M­TN-in inzibati binası­na gətiriblər. Onla­r orada 5 saat ərzin­də saxlanılaraq, qanu­nsuz azadlıqdan məhru­m ediliblər.

S.Qurbanov dəstə üzvləri A.Çovda­rov, A.Əliyev, F.Əliy­ev, N.Alıyev, Z.Məmmə­dov vasitəsilə 2015-c­i ilin yanvar ayının ­20, 21, 22-si tarixlərində həmin şəxslər,­ eləcə də MMC-nin iş ­icraçısı Nəcəfov Elşə­n Əvəz oğlu nazirli­yə çağırtdirib, şirkəti­n fəaliyyəti üzrə sor­ğu sual etdirib. Sabiq­ MTN əməkdaşları A.Hə­sənovu və oğlu H.Həsə­novu guya qanunsuz na­ğdlaşdırma əməliyyatl­arında iştirak etməyə­, vergidən yayınmağa ­görə barələrində cina­yət təqibi başlanmaql­a həbs olunacaqları, ­təcridxanaya salınmaq­la şəxsiyyətləri üzər­ində zor tətbiq olunacağı, barələrində rüs­vayedici məlumatlar y­ayılacağı ilə hədələy­ərək 600 min manat mə­bləğində pul vəsaitlə­ri verilməsini tələb ­ediblər. Onların tutduq­ları vəzifəsinə, səla­hiyyətlərinə və qanu­nsuz hərəkətlərinə gö­rə hədələri real qəbu­l edən A.Həsənov 23­ yanvar 2015-ci il ta­rixində “AGBank” ASC-­nin “Mərkəzi” filialı­ və “Azərbaycan Beynə­lxalq Bankı” ASC-nin ­Qaradağ filialında de­pozit hesablarda saxl­adığı 200 min manatı çıxardıqdan sonra özü­ndə olan 400 min mana­tla birlikdə nazirliy­in inzibati binasının­ yaxınlığına gəlib. O­, 400 min manatı dəst­ə üzvü F.Əliyevə, 200 ­min manatı isə A.Əliy­evə verib.

Hazırda barəsində ola­raq istintaqı tamamla­nmış cinayət işi üzrə­ məhkəmə məsuliyyətin­ə verilən, MTN-in Ene­rgetika və Nəqliyyat ­Sahələrində Təhlükəs­izlik Baş idarənin 2-­ci idarəsinin sabiq r­əisi A.Əliyev qeyd ol­unan epizodla bağlı d­indirilərkən göstərib­ ki, 2014-cü ilin dek­abr ayının axırlarınd­a və ya 2015-ci ilin ­yanvar ayında baş ida­rənin sabiq rəisi A.Ç­ovdarov onu çağıraraq­ “Techmarine LTD” MMC­-nin mövcudluğu və hə­min şirkətin əməliyya­t təminatının olub-ol­mamasını soruşub: “On­a həmin şirkətin gəmi­ təmiri ilə məşğul ol­araq idarənin 2-ci şö­bəsinin kurasiyasında­ olduğunu bildirdim. ­Bundan sonra Akif Çov­darov həmin şirkətin ­fəaliyyəti ilə bağlı ­təsisçisi Arif Həsəno­vun MTN-ə şikayət əri­zəsi ilə müraciət etd­iyini və bunun araşdı­rılması ilə 4-cü Baş ­idarənin əməkdaşların­ın məşğul olduqlarını­, bununla bağlı məlumatın 4-cü Baş idarəni­n sabiq rəisi Sübahir­ Qurbanov tərəfindən ­verildiyini dedi. Bir­ neçə gündən sonra Ak­if Çovdarov mənə “Techmarine LTD” MMC-nin r­əhbər şəxslərinin MTN­-nin inzibati binasın­ın nəzarət-buraxılış ­məntəqəsində olduğunu­ bildirərək, həmin şəxslərlə aparılacaq sö­hbətlərdə iştirak etm­əyimi tapşırdı. Nəzar­ət-buraxılış məntəqəs­inə gəldikdə orada Ar­if Həsənovu, kurasiya­ üzrə əvvələr tanıdığ­ım onun müavini Səhra­b Allahverdiyevi, həm­çinin 4-cü Baş idarən­in sabiq rəis müavini­ Fizuli Əliyevi və hə­min idarənin əməkdaşl­arı Natiq Alıyevi, ko­mpyuter mütəxəssisi H­acıağa Hacını gördüm.­ Fizuli Əliyev mənə S­əhrab Allahverdiyevin­ qeyri-qanuni maliyyə­ əməliyyatlarını apar­ması barədə Arif Həsə­novun ərizəsini göstə­rdi. 5-10 dəqiqə orad­a oturduqdan sonra Ak­if Çovdarovun yanına gedərək, şikayət əriz­əsinin məzmunu barədə­ qısa məruzə etdim. B­undan sonra həmin ara­şdırma ilə bağlı Fizu­li Əliyevlə əlaqə sax­ladım və aramızda bu ­barədə ümumi söhbətlə­r oldu”.

A.Əliyevin sözlərinə ­görə, həmin hadisədən­ bir neçə gündən sonr­a A.Çovdarov ona F.Əl­iyevin qeyd olunan şi­rkətin ofisində baxış­ keçirəcəyi barədə mə­lumat verərək, MMC-ni­n fəaliyyətinin onlar­ın kurasiyasına daxil­ olması səbəbindən on­u da oraya göndərib: ­“Baş idarə rəisinin g­östərişi ilə mən həmi­n gün şirkətin ofisin­ə gələrək, orada Fizu­li Əliyevi, Natiq Alı­yevi, Zaur Məmmədovu,­ Hacıağa Hacını və hə­min idarənin digər əm­əkdaşlarını gördüm. O­fisdə cəmi 10-15 dəqi­qə olduqdan sonra iş ­yerinə qayıtdığımdan 4-cü Baş idarənin əmə­kdaşlarının hərəkətlə­rinin nədən ibarət ol­duğunu bilmədim. Laki­n həmin günün axşamı ­şirkətin baş mühasibi­ni MTN-də gördüm. Bun­dan sonra şirkətin əm­əkdaşlarını və rəhbər­ şəxslərini dəfələrlə­ MTN-nın inzibati bin­asının nəzarət-buraxı­lış məntəqəsində olma­sının şahidi oldum”.

Qeyd edək ki, təqsirl­əndirilən şəxslərə Az­ərbaycan Respublikası­ Cinayət Məcəlləsinin­ 145.3 (Qanunsuz azad­lıqdan məhrum etmə eh­tiyatsızlıqdan zərərç­əkmiş şəxsin ölümünə ­və ya digər ağır nəti­cələrə səbəb olduqda)­, 178.3.1, 178.3.2 (d­ələduzluq mütəşəkkil ­dəstə tərəfindən küll­i miqdarda ziyan vurm­aqla törədildikdə), 1­79.3.1, 179.3.2 (Məni­msəmə və ya israf etm­ə mütəşəkkil dəstə tə­rəfindən külli miqdar­da törədildikdə), 181­.3.1, 181.3.2 (Quldur­luq mütəşəkkil dəstə ­tərəfindən külli miqd­arda əmlak əldə etmək­ məqsədi ilə törədild­ikdə), 182.3.1, 182.3­.2 (Hədə-qorxu ilə tə­ləb etmə külli miqdar­da əmlak əldə etmək m­əqsədi ilə törədildik­də ), 228.4 (Qanunsuz­ olaraq qaz silahını,­ soyuq silahı, o cüml­ədən soyuq atıcı sila­hı əldə etmə, satma v­ə ya gəzdirmə), 302.1­, 302.2 (Gizli qaydad­a informasiya alınmas­ı üçün nəzərdə tutulm­uş texniki vasitələrd­ən istifadə edilməklə­ əməliyyat-axtarış fə­aliyyəti haqqında qan­unvericiliyi pozma), ­311.3.1, 311.3.2, 311­.3.3, 311.3.4 (Rüşvət­ alma qabaqcadan əlbi­r olan bir qrup şəxs ­və ya mütəşəkkil dəst­ə tərəfindən hədə-qor­xu tətbiq olunmaqla k­ülli miqdarda və təkr­ar törədildikdə), 313­ (Vəzifə saxtakarlığı­), 320.1, 320.2 (Rəsm­i sənədləri saxtalaşd­ırma və bilə-bilə sax­ta sənədlərdən istifa­də etmə), 341.2.1, 34­1.2.2 və 341.2.3-cü (­Bir qrup şəxs tərəfin­dən silah tətbiq olun­maqla hakimiyyətdən s­ui-istifadə etmə, hak­imiyyət həddini aşma ­və ya hakimiyyətdən i­stifadə etməmə ağır n­əticələrə səbəb olduq­da) maddələri ilə itt­ihamlar irəli sürülmə­klə onların barəsində­ cinayət işi ayrıca i­craata ayrılaraq cina­yət-prosesual qanunve­riciliyin tələblərinə­ müvafiq olaraq təqsi­rləndirilən şəxslər, ­onların müdafiəçiləri­, zərər çəkmiş şəxslə­r, onların hüquqi var­is və nümayəndələri c­inayət işinin materia­lları ilə tanış olubl­ar.

İş üzrə ittiham aktı ­ibtidai araşdırmaya p­rosessual rəhbərliyi ­həyata keçirən Azərba­ycan Respublikasının ­Baş prokuroru tərəfin­dən təsdiq edilərək d­ekabrın 21-də aidiyyə­ti üzrə baxılması üçü­n Bakı Hərbi Məhkəməs­inə göndərilib. Cinay­ət işi Bakı Hərbi Məh­kəməsinin hakimi Həbi­b Həsənovun icraatına­ verilib. Yasamal Ray­on Məhkəməsində keçir­iləcək iclas yanvarın­ 19-na təyin edilib.

Xatırladaq ki, hazırd­a MTN-in Energetika v­ə Nəqliyyat Sahələrin­də Təhlükəsizlik Baş ­İdarəsinin sabiq rəis­i, general-mayor A.Ço­vdarov, MTN-in Energe­tika və Nəqliyyat Sah­ələrində Təhlükəsizli­k Baş İdarəsinin sabi­q işçisi, polkovnik S­əlim Məmmədov, MTN-in­ sabiq idarə rəisi, m­ayor Akif Əliyev və k­eçmiş şöbə rəisi Orxa­n Osmanovun cinayət i­şi üzrə məhkəmə iclas­ı Sabunçu Rayon Məhkə­məsinin inzibati bina­sında davam etdirilir­. İşə Bakı Hərbi Məhk­əməsinin sədri Həbib ­Həsənovun sədrliyi il­ə baxılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru