“Müharibə çağırışı edənlər döyüşə övladlarını da yollasalar, bu çağırış daha səmimi görünər” – HƏRBİ EKSPERT

24-02-2017, 21:19           

“Parlamentdə müharibə çağırışı edənlər döyüşə övladlarını da yollasalar, onların bu çağırışı daha səmimi görünər”.

teref.az yazır ki,bunu A24.Az-a açıqlamasında hərbi-siyasi icmalçı Ramil Məmmədli millət vəkili Zeynəb Xanlarovanın bu gün Milli Məclisdəki “Müharibə etməliyik”, və deputat Fərəc Quliyevin A24.Az-a səsləndirdiyi “Müharibədən başqa yol yoxdur” çıxışlarını, eləcə də cəbhədə son günlər vəziyyətin gərginləşməsini şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, onsuzda Azərbaycan torpaqları işğal olunmuş ölkə olaraq daim müharibəyə hazırlaşır:

“Lakin bu məsələyə pafosla yanaşmaq olmaz. Ona görə ki, hazırki məqamda geniş miqyaslı müharibənin Azərbaycana nə verəcəyini analiz etmək lazımdır. Bu, çox vacib məqamdır. Amma qarşıdurma xəttində lokal toqquşmaların olması və bundan sonra da belə halların baş verəcəyi istisna deyil. Amma aprel döyüşlərinin təkrarlanması və ya daha iri qarşıdurmanın olacağı inandırıcı deyil. Onu da əlavə etmək istəyirəm ki, parlamentdə müharibə çağırışı edənlər döyüşə övladlarını da yollasalar, onların bu çağırışı daha səmimi görünər”.
“Müharibə çağırışı edənlər döyüşə övladlarını da yollasalar, bu çağırış daha səmimi görünər” – HƏRBİ EKSPERT
Qeyd edək ki, bu gün Milli Məclisin plenar iclasında millət vəkili Zeynəb Xanlarova Qarabağ münaqişəsində gözləməyin lazımsız olduğunu bildirib:

“Danışıqlar, müzakirələr mənə çatmır, onsuz da qulaq asmırlar. Müharibə etməliyik, torpaqlarımızı azad etməliyik. 25 ildir, xeyli şəhid vermişik. Niyə belə olmalıdır?! ATƏT-in Minsk Qrupunun addımını gözləməli deyilik. Ermənilər bizim evimizə girib. Hər dəfə ölməkdənsə, birdəfəlik ölmək lazımdır. Hər dəfə şəhid xəbəri gələndə elə bilirəm, balalarım ölür. Nə vaxta qədər dözməliyik? Onlar müsəlmanların düşmənləridirlər. Niyə icazə almalıyıq ki?”

Deputat Fərəcə Quliyev də redaksiyamıza açıqlamasında “2017-ci ildə “Qarabağ” probleminin həlli yalnız hərbi yolla mümkündür” fikirlərini səsləndirib.

Millət vəkilinin sözlərinə görə, Ermənistan tərəfi- birmənalı şəkildə Xarici işlər naziri, eləcə də digər rəsmi şəxsləri də danışıqlardan qaçırlar:

“Ardıcıl təxribatlar törədirlər. Qarabağda saxta “referendum” keçiriblər və s. Bütün bu addımlarla onlar status-kvonu saxlamağa çalışırlar. Buna görə də dinc yolla məsələnin həlli yoxdur. 2017-ci ildə bu məsələnin həlli yalnız hərbi yolla mümkündür. Hesab edirəm ki, bizim başqa seçimimiz yoxdur. Hərbi yola əl atarıqsa, qısa zamanda məsələni həll edə bilərik. Ancaq müharibə, başqa yol yoxdur”, – deyə F.Quliyev bildirib












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.