XOCALILARIN XİLASKARI - 21 BAKILI ƏFSANƏSİ.

26-02-2017, 13:59           
XOCALILARIN XİLASKARI - 21 BAKILI ƏFSANƏSİ.

Qarabağda Xocalı şəhərinin işğalından öncə, 1991-ci ilin yay aylarında Bakıdan Xocalıya iyirmi bir nəfərdən ibarət könüllü dəstə gəldi. Onların komandiri Aqil Quliyev idi.

Ermənilər bu 21 nəfər gələndən sonra daha da vahiməyə düşdülər. Tofiq, Baba Nəzərlinin oğlu Hikmət, balaca Elçin, böyük Elçin, İlqar, Cabbar, Vidadi, Cəbrayıl, «vəhşi» ləqəbi ilə tanınan Fikrət, Hafiz, İsmayıl, Azər, həkim Elşən, Məlikağa, «Axund» ləqəbli Mübariz, uzun İsmayıl, Fariz, İlham, Azad, Nizami hərəsi bir orduya bərabər oğlanlar idi.
Bu dəstə tez-tez ətraflara hücum edir, erməni tikililərini darmadağın edirdilər. Bir dəfə Xankəndindən gələn 366-cı alayın üç BTR-ni və sursat dolu maşınlarını ələ keçirdilər. Bundan acıqlanan 366-cı polkun komandiri böyük bir dəstə ilə Xocalı milis şöbəsinə soxuldu və növbədə dayanan üç-dörd milisi tərk-silah edib yerə uzandırdılar. Aqilin dəstəsi və Xocalı milli batalyonu şöbəni mühasirəyə alıb, 366-cı polkun əsgərlərini də, tərk-silah edərək əsir götürdülər.
1992-ci ilin 23 fevralında 12 erməni öldürən dəstənin dörd üzvü yaralandı, biri şəhid oldu. 19 yaşlı İlqar. Onu Xocalı qəbirstanlığında dəfn etdilər. Çünki ağır yaralı İlqarın ərazidən çıxarmaq üçün Bakıdan istənilən vertalyot gəlmədi. Ağır yaradan İlqar şəhid oldu.
İlqar dəfn olunan günün axşamı erməni və rus birləşmələri Xocalıya hücum etdi. Salamat qalan bakılılar döyüşə-döyüşə camaatı azad etmək istəyirdilər. Aqil və Cabbar yaralı idi. Xocalılardan Əliyar, Zakir, Camal və başqaları Aqili xərəkdə Ağdama doğru gətirirdilər. Naxçıvanikdə Aqil təzədən xərəkdə yaralandı. O yalvarırdı ki, məni qoyub gedin. Ancaq Aqil kimi oğlanı heç kəs qoyub getmək istəmirdi. Dolu kimi yağan güllə altında Aqil də, Aqili gətirənlərdən də həlak olanlar oldu.
Ermənilər həlak olanların cəsədlərini elə günə salmışdılar ki, onlar tanınmaz olmuşdular. Birinin başını kəsib götürmüşdülər. Jurnalist Nadejda İsmayılova Ağdam məscidində başı kəsilmiş meyidi görəndə huşunu itirib yerə yıxıldı. Həkimlər onu zorla ayılda bildilər. Bu meyid Hafizin meyidi idi. Elçinlərdən isə, birinin ürəyini çıxarmışdılar. Azad, Azər, Məlikağa, Elşən, balaca İsmayıl, Fariz bəri tərəfdə olduqlarından dostlarının köməyinə çata bilməmişdilər. Orda olan on altı nəfərdən on ikisi həlak oldu. Bakılılardan Vidadi, Cabbar, uzun İsmayıl, Nizami Xocalı döyüşündən salamat qurtardı.
#Hikmət
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.