Günay şəhidimiz haqda: "7 ay əvvəl evlənmişdi"

27-02-2017, 13:31           

“7 ay əvvəl evlənmişdi, ata olacaqdı... Tural kəşfiyyat bölük komandiri idi. Üç gün əvvəl şəhid oldu. Turaldan başqa 4 şəhidimiz var”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Günay İbrahimli sosial şəbəkədə yazıb.

İfaçı fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçu Tural Əbdüloğludan bəhs edib:

“Allah heç bir ailəni başsız, anaları oğulsuz, bacıları qardaşsız qoymasın. Təsəvvür edin, 7 ay əvvəl sevdiyin birinə gəlin gedirsən, sevinirsən ki, onun yanında olacam, gələcəyinlə bağlı planlar qurursan, hələ dünyaya övlad gətirmək istəyirsən. Bir anlıq qaranlıq sənin başını alır, dünyan dəyişir. O yoxdu. Heç olmasa meyitini görmək, onu qucaqlayıb ağlamaq istəyirsən. Meyit də yoxdu, neytral zonada qalıb. İndi o qız inanıram ki, sağ qalması üçün dua edirdisə, indi meyiti bir dəfə görmək üçün dua edir. Hamımız dua edək, əsgərlərin sağlığı üçün dua edək. Sevdiklərimizin də dəyərini bilək. Sabaha ümid yoxdur...".













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru