İcra Hakimiyyəti ilə əcnəbi bank arasında -KOMPENSASİYA QALMAQALI

17-05-2017, 14:49           
İcra Hakimiyyəti ilə əcnəbi bank arasında -KOMPENSASİYA QALMAQALI
Bakı şəhərinin İcra Hakimiyyəti başçısı (Hacıbala Abutalıbov – red.) tərəfindən yeni parkın tikintisinə dair verilmiş 18 noyabr 2014-cü il tarixli sərəncama əsasən, “Bank Melli İran Baku”ya (İran Milli Bankının Bakı filialı) məxsus 9 mln. 295 min 964 manat xalis dəyərində bina sökülüb.APA xəbər verir ki, bu barədə məlumat bankın 2016-cı il üzrə audit hesabatında öz əksini tapıb.
Sənəddə vurğulanıb ki, tərəflər kompensasiyaya dair razılığa gələ bilmirlər: “Buna baxmayaraq, bankın rəhbərliyi inanır ki, onların şərtləri qəbul ediləcək. Hazırda bank dəymiş zərər üzrə kompensasiya əldə etmək üçün tədbirlər görür. Bu məsələyə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır. Bank binanın sökülmə tarixində xalis qalıq dəyərinə, yəni yığılmış köhnəlmə çıxılmaqla yenidən qiymətləndirilmiş dəyərinə bərabər məbləğin əldə edilməsini iddia edir. Bina 3 iyul 2013-cü il tarixində Müstəqil Qiymətləndirici Şirkət tərəfindən yenidən qiymətləndirilib. Qiymətləndirilmə üçün istifadə edilmiş əsas əvəzedilmə dəyəri, diskontlaşdırılmış pul axını və bazar dəyəri metodlarının yığımı olub. Binanın qiymətləndirmədən sonrakı ədalətli dəyəri 9 mln. 400 min manat təşkil edib. Bina ilkin olaraq bankdan alınmış depozitlər üçün “Royal Bank” tərəfindən girov qoyulub. Bu girov dəyərsizləşmə üzrə ehtiyat qarşılığında 2013-cü ildə məhkəmə qərarı ilə bank tərəfindən əldə edilib, binalar və avadanlıqlar kimi tanınıb və ilkin olaraq yenidən qiymətləndirilmiş dəyərdə qiymətləndirilib”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.