Keçmiş icra başçısı indiki icra başçısını ittiham edir… – Müraciət…
16-10-2017, 10:46
Məlum olduğu kimi, keçən həftə Ağdam rayon İcra Hakimiyyətinin sabiq başçısı Həsən Sarıyevin Quzanlı qəsəbəsində olan evində yanğın baş verib. DİA.AZ xatırladır ki, rəsmi qaynaqlar hadisənin baş vermə səbəbinin məlum olmadığını bildiriblər. Amma görünəni odur ki, evin sahibi – Ağdamın keçmiş icra başçısı Həsən Sarıyev belə düşünmür və DİA.AZ-a yolladığı müraciətində o, hazırki icra başçısı Raqub Məmmədovu yanğının törədilməsində ittiham edir.
Dia.az olaraq sabiq RİH rəhbərinin müraciətini təqdim edirik:
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova
Ağdam rayonunun sabiq İcra Başçısı Həsən Qaçay oğlu Sarıyev tərəfindən
Müraciət!
Bildirirəm ki, Raqub Məmmədov Ağdam rayonuna İcra Başçısı təyin olunadan az sonra mənə qarşı düşmən münasibətindədir və bu münasibəti bir neçə dəfə əməli olaraq barəmdə həyata keçirməyə çalışıb. Bəzi hallarda hətta buna nail olub.
Növəti düşmənçiliyi isə mənim rayonun Quzanlı qəsəbəsində yaşadığım mənzilimin yandırılması sifarişinin verilməsi ilə nəticələndi və yaşadığım evimi yandırtdı.
Cənab Prezident!
Sizdən xahiş edirəm düşmənçilik ehtirası ilə alovlanan Raqub Məmmədovun mənə qarşı etdiklərini nəzarətə götürüb tədbir görəsiniz.
Hörmətlə, Həsən Sarıyev”.
teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq…