İlham Əliyev 3 səfiri geri çağırdı: yeni təyinatlar

9-12-2017, 00:04           

Azərbaycanın Tacikistan, Xorvatiya və Litva respublikalarında olan səfirləri geri çağrılıb.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycan Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Kərəm oğlu Həsənov, Azərbaycanın Xorvatiyadakı fövqəladə və səlahiyyətli səfiri Kamil Tacid oğlu Xasiyev və Litvadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Dilsuz oğlu Məmmədzadə geri çağrılıb.

Ölkə başçısının başqa bir sərəncamına əsasən Fəxrəddin İsa oğlu Qurbanovu Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edib.

Eyni zamanda prezident Nazlı Abdulla Məhəmməd Azərbaycanın Cibuti Respublikasında fəxri konsulu təyin edilməsi haqda da sərəncam imzalayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru