ABŞ-dan Rusiyaya TƏHDİD KİMİ AÇIQLAMA

9-12-2017, 10:46           
ABŞ-dan Rusiyaya TƏHDİD KİMİ AÇIQLAMA
Rusiyanın Orta və Qısa Mənzilli Raketlər Müqaviləsini pozduğunu iddia edən ABŞ Xarici İşlər Nazirliyi, Moskvanın buna son verməməsi halında hərbi tədbirlər görəcəyini bildirib.

ABŞ Xarici İşlər Nazirliyi, 1987-ci il tarixli Orta və Qısa Mənzilli Raketlər Müqaviləsinin 30-ci ildönümü münasibətilə bəyanat yayıb.

SAKİTCƏ İZLƏMƏYƏCƏYİK

ABŞ Rusiyanı müqavilənin tətbiqi prosesinə qayıtmağa inandırmaq üçün səy göstərəcəyini qeyd edən nazirlik, "Ancaq Vaşinqton, Moskvanın müqaviləni pozmaqla hərbi sistemlər inkişaf etdirməsini səssiz izləməyəcək. Diplomatik həll tapmaq üçün işlərimizi davam etdirəcəyik, ancaq hazırda Rusiyanı yola gətirmək üçün iqtisadi və hərbi tədbirləri nəzərdən keçiririk" deyə, qeyd edib.

HƏRBİ VARİANT VURĞUSU

Nazirlik, ABŞ və müttəfiqlərinin qorunması üçün orta və qısa mənzilli kontinental raket sistemləri də daxil olmaqla, hərbi variantları nəzərdən keçirəcəklərini vurğulayıb.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov, daha əvvəl verdiyi açıqlamada, Moskvanın Orta və Qısa Mənzilli Raketləri Məhvetmə Müqaviləsini pozmadığını və müqavilədən çıxmağı planlaşdırmadığını deyib.
Müxalifət.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.