Trampın Qüds qərarının pərdəarxasında daha nələr var? –Mütəxəssis rəyləri
10-12-2017, 10:18
ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı olaraq tanımaq haqqında qərar aldı. Yaxşı, qərar niyə indi alındı və hansı nəticələrə yol açacaq? Orta Şərq mütəxəssisi Karel Valansi və Kolumbiya Universitetinin Ərəb tədqiqatları professoru Rəşid Xalidi Donald Trampın aldığı bu qərarı “Habertürk”ə dəyərləndirib.
Strateq.az hər iki mütəxəssisin rəylərini oxuculara təqdim edir:
– Tramp bu qərarı niyə indi aldı?
– Orta Şərq mütəxəssisi və yazıçı Karel Valansi: ABŞ, İsrail-Fələstin sülh görüşmələri ilə birlikdə, Orta Şərqə geri dönüş edəcək, bunun hazırlıqlarına başlayıb. “Problemləri uğursuz strategiyaları yeniləyərək aşa bilmərik” demişdi (Tramp – tərc.). Ola bilsin ki, “İsrailin regionda bir çox ölkə ilə münasibətlərini düzəltdiyi bir dövrdə bu qərarı qəbul etdirmək daha asan ola bilər” arqumentinə inanıb. Mən düzgün hesab etmirəm.
– Kolumbiya Universitetinin Ərəb tədqiqatları professoru Rəşid Xalidi: Mənim kimi ailəsi yüz illərlə Qüdsdə yaşayan biri üçün Trampın bu qərarı, ABŞ-ın İsrailin 1967-ci ildəki işğalını (Qüdsün işğalı- tərc.) legitim hesab etməsi deməkdir. Oradakı yüz minlərlə fələstinlini də “arzu olunmayan şəxs” elan edir. Trampın mənfur sülh planı, İsrail lehinə hərəkət etməsi öz dostlarına fayda təmin etdi.
– Qüdsün statusu qoruna bilərmi?
– Karel Valansi: Tramp şəhərin və İsrailin suverenlik sahəsinin sərhədləri məsələsinə toxunmadı. ABŞ-ın Qüds anlayışı, ümumiyyətlə, İsrailinki ilə nə qədər uyğun olsa da, Şərqi Qüdsdə yəhudi hakimiyyətini qəbul etdiyini bildirməməyə diqqət etdi. Digər tərəfdən, Rusiya bu məsələdə də ABŞ-dan bir addım öndədir; Putin aprel ayında “İsrailin paytaxtı Təl-Əviv deyil, Qərbi Qüdsdür” demişdi.
– Hansı nəticələrə yol açacaq?
– Karel Valansi: Bu anda görünən, ABŞ-ın bu qərardan sonra yalnız buraxılmasıdır. Bir çox ölkə və qurum bu qərarın yanlış olduğunu fərqli sərtlik dərəcəsində bildirdi. Ancaq önəmli olan xüsusilə Orta Şərq oyunçularının danışıqdan o yana keçib-keçməyəcəkləridir. Nə qədər İsrail əleyhdarlığı və ya Qüds birləşdirici olsa da, bir çox ölkənin öncəlikləri hələ də fərqlidir.
– Rəşid Xalidi: Trampın qərarları, onun ərəb dünyasına lazım olan səviyyədə dəyər vermədiyini göstərir. Ərəb diktatorları ABŞ-a nə deyirsə desin, ərəb xalqı Fələstinin Qüdsə yönəlik fikrilə həmfikirdir. Onların qaçınılmaz mövqeyi ABŞ-ın regiondakı maraqlarına təsir edəcəkdir. Bu son diplomatik fiasko ABŞ-ın digər kəsimlərinin də görüşlərini ortaya qoyur. Bu zamana qədər heç bir ölkə Qüdsü paytaxt olaraq tanımamışdı. Axmaq hərəkətilə əsrin fiaskosuna imza atdı. Beynəlxalq hüquq baxımından və Orta Şərqdə sülhə dəyər verən hər kəs üçün üzücü bir gündür.
– Fələstinə hansı daxili təsirləri ola bilər?
– Karel Valansi: Bu açıqlamanın ilk nəticəsi Trampın planlaşdırdığı sülh görüşmələrinin müddətsiz olaraq təxirə salınmasıdır. Digər tərəfdən sülh görüşmələri üçün Fələstin tərəfinə qəbul edə biləcəkləri bir təkliflə getmələri lazımdır. Qüds məsələsi ilə bərabər, HAMAS-ın silahsızlanmanı qəbul etməməsi əl-Fətih-HAMAS razılaşmasını bir nöqtədə düyünə sala bilər.
– Rəşid Xalidi: Fələstin (əl-Fətih-HAMAS – tərc.) barışığını daha da həlledilməz hala gətirdi. Fələstin-İsrail sülhünün indi davam etdirilməsinin mümkün olduğunu görmək ehtimal xaricindədir. Bu, Trampın özünü də yaralayacaq bir zərbədir və diplomatiya baxımından əks-sədası davam edəcəkdir. ABŞ-ın mövqeyi müttəfiqləri ilə münasibətlərini bölməyə davam edəcəkdir. Belə düşünən insanları da böləcəkdir.
– Bu qərarın geri dönüşü ola bilərmi?
– Karel Valansi: ABŞ Konqresi 1995-ci ildə səfirliyin Təl-Əvivdən Qüdsə daşınmasını nəzərdə tutan qərar qəbul edərkən, Qüdsü İsrailin paytaxtı olaraq tanımışdı. Bu qərar bağlayıcıdır. Bu addım 1917-ci il Balfor Bəyənnaməsi qədər önəmli bir qərardır.
– Rəşid Xalidi: Qərar geri alına bilməz, qalıcıdır. ABŞ bu tanımanı geri almayacaq.