Marsda buz təbəqələri aşkarlandı

13-01-2018, 13:04           

NASA "Mars Reconnaissance Orbiter" kosmik gəmisindən istifadə edərək Mars üzərində buz təbəqələri aşkar edib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Qurumu buz təbəqələrinin Marsa yerləşəcək insanlar üçün vacib su qaynağı ola biləcəyini açıqlayıb. Araşdırma rəhbəri Kolin Dandas "Bir müddətdir Marsın səthində buz olduğunu bilirdik, lakin bunun insan üçün həyat imkanı təmin edib-etməyəcəyi mübahisəli mövzu idi" açıqlamasını verib.

Tədqiqat üzvləri bildirir ki, buz təbəqələri eroziya nəticəsində yaranıb və 8 ayrı yerdə ola bilər. Aşkar olunan fakt yaxın dövrlərdə Marsda qar təbəqəsinin yerləşdiyini göstərir. Buz təbəqələri gələcəkdəki tədqiqatlar üçün də faydalı olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru